Yüklənir...
Местоположение: Bakı
Təsvir Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək; Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq; Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsini təmin etmək; Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə (İFRS) uyğun düzəlişlərin verilməsi; Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması; Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək; Büdcənin yekun olaraq formalaşmasında və tələb olunan xüsusi analizlərin edilməsində iştirak etmək; Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi. Tələblər İş təcrübəsi: Sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur. Təhsili: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə ali təhsil; Dil bilikləri: Azərbaycan dili-əla səviyyədə; İngilis dili- əla səviyyədə; Rus dili-orta səviyyədə; Üstünlüklər: ACCA FA imtahanını uğurla tamamlaması (ACCA FR arzuolunandır) SQL və Power BI üzrə biliklər arzuolunandır. Kompüter bilikləri: MS Excel-əla səviyyədə; MS Word-orta səviyyədə; MS PowerPoint-əla səviyyədə; Hörmətli PAŞA Qrup əməkdaşı, Qrupdaxili vakansiyalara müraciət prosesi Mobility platforması üzərindən həyata keçirilir. Mobility platformasının çalışdığınız şirkətdə mövcud olmadığı və ya platformadan istifadə imkanının sizin üçün əlçatan olmadığı hallarda müraciətinizi [email protected] vasitəsilə təqdim edə bilərsiniz. İnanırıq ki, hər yeni imkan peşəkar inkişaf yolunda yeni bir addımdır. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.