Əsas vəsaitlər üzrə mütəxəssis - Pizza Mizza

Местоположение: Bakı

Зарплата: 800

“Pizza Mizza” MMC-yə “Əsas vəsaitlər üzrə mütəxəssis” tələb olunur. İş barədə məlumat: Əsas vəsaitlər və azqiymətli əşyalar anbarlarının (Binəqədi, ofis, istehsalat, qida anbarı və bütün filiallar) idarə olunması: ERP sisteminin yaradılması və daim aparılması; Anbarlara edilən alış hesabatlarının aparılması; Anbarlar arası transferlər hesabatlarının aparılması; Silinəcək olan məhsullarının hesabatı; Anbarların gündəlik sayımının təşkili və nəzarəti; Anbarların səliqəli saxlanmasının təmin olunması; Anbarlarda olan əşyaların nömrələnməsi və stikerlənməsi; Əşyaların transfer proseslərinin təşkili; Par stock səviyyəsinin hesablanması və planlaşdırılması; Par stock səviyyəsinin davamlı olaraq təmin edilməsi; Çatışmayan əşyalar üzrə satınalma sifarişlərinin verilməsi; Alınan malların qəbulu və yoxlanılması; Təmirə göndərilən məhsul hesabatlarının aparılması; Əşyaların fiziki yerləşməsinin və məsul şəxslərinin hesabatının aparılması: Xırda əsas vəsaitlərin mərkəzi ofisin parkingində qəbulu; Gömrükdə malların qəbulu prosesinin təşkili və nəzarəti; Nəqliyyat vasitələrinin təmirinə nəzarət; Nəqliyyat vasitələri üzrə sığorta hadisələrinin idarə olunması; Nəqliyyat vasitələrinin GPS vasitəsilə izlənməsi; Zərurət yarandıqda əşyaların alınmasında birbaşa iştirak; Anbarların təhlükəsizlik sistemlərinə nəzarət; Anbar kameralarının izlənməsi və nəzarəti; İstismar zamanı sui-istifadə hallarının qarşısının alınması; Əsas vəsaitlər və azqiymətli əşyalar üzrə təlimatların hazırlanması; Digər şöbələrlə davamlı əməkdaşlığın təmin olunması; Amortizasiyanın hesablanması; Əsas vəsaitlərin qiymətləndirilməsi; Əsas vəsaitlər və azqiymətli əşyalar üzrə digər aidiyyəti işlərin yerinə yetirilməsi; Tələblər: Ali təhsil; Yaş hədd 25-40 yaş; Anabar sahəsində minimum 1 il iş təcrübəsi; 1C, ERP, Excel, Word proqramlarında işləmə bacarığı; Detallara diqqət və təşkilatçılıq bacarığı; Məsuliyyətli və operativ olmalı.  İş şəraiti: 5 günlük iş qrafiki; İş yeri Bakı şəhəri; Əmək haqqı: 800 AZN; Nahar şirkət tərəfindən təmin olunur. Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Jooble.az - Əsas vəsaitlər üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. e-mail: hr@pizzamizza.az