Senior Mobile Developer (Android+İOS) - Predsol

Местоположение: Bakı

Vəzifə təsviri: Sahə işçiləri üçün istifadə olunan mobil tətbiqlərin (məlumat toplama, qeydiyyat, yoxlama və digər sahə iş axınları) Android və iOS platformalarında inkişafı, buraxılışı və dəstəklənməsi. Offline-first arxitektura, kamera, GPS və sinxronizasiya əsas prioritetdir Öhdəliklər: Mövcud native Android tətbiqlərinin (Kotlin, Jetpack Compose) inkişafı və dəstəklənməsi Eyni biznes məntiqi ilə iOS versiyalarının hazırlanması (Swift/SwiftUI və ya React Native/Expo — komanda qərarına uyğun) Offline növbə (local storage), background sinxronizasiya mexanizmləri Kamera, foto sıxma, barkod oxuma, GPS və xəritə inteqrasiyası API ilə iş: multipart yükləmə, autentifikasiya, in-app yeniləmə/paylama axınları Staging və production buraxılışlar QA və DevOps komandaları ilə birgə tətbiqin paylanması (daxili kanal, marketplace və ya enterprise) Tələblər: 3+ il mobil tətbiq hazırlama təcrübəsi; ən azı bir platformada production buraxılış İkinci platformaya (iOS və ya Android) peşəkar səviyyədə keçid bacarığı və ya full-stack mobil təcrübə Offline və sinxronizasiya təcrübəsi (zəif şəbəkə şəraitində işləmə) App Store/Play Store (və ya daxili paylama) prosesləri üzrə bilik Üstünlük təşkil edən keyfiyyətlər: Sahə əməliyyatları və ya utility tipli mobil tətbiqlərdə təcrübə Daxili APK/tətbiq yeniləmə mexanizmləri qurma təcrübəsi Dil bilikləri: Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi; Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi; Rus dili biliyi üstünlük hesab olunur. Əlavə Məlumat: Servis şirkət tərəfindən təmin olunur. İş saatları: həftənin 5 günü, 08:00–17:00. Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior Mobile Developer” başlıqı ilə göndərsin.