Yüklənir...
Местоположение: Bakı
İş şəraiti İşəgötürən: PulsMed MMC İş yeri: Bakı, Yasamal rayonu İş rejimi: 6 günlük (09:00–18:00) Əmək haqqı: 700 Azn Vəzifə öhdəlikləri Şirkət tərəfindən təhkim olunmuş minik avtomobilini idarə etmək; Rəhbərliyin gündəlik iş cədvəlinə və tapşırıqlarına əsasən ünvanlara vaxtında çatmanı təşkil etmək; Səfərlər zamanı punktuallığa, etik davraniş qaydalarına və mütləq konfidensiallığa (məxfiliyə) riayət etmək; Gündəlik marşrutu planlamaq, GPS/naviqasiya tətbiqlərindən istifadə edərək optimal yolu seçmək; Yol hərəkəti və təhlükəsizlik qaydalarına tam riayət etmək, təhlükəsiz sürücülük prinsiplərinə əməl etmək; Avtomobili təmiz və səliqəli saxlamaq və həmçinin avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, soyuducu, təkər təzyiqi, işıqlar və s.); Planlı texniki baxış və servis işlərinin vaxtında keçirilməsi üçün mütəmadiyyən avtomobili yoxlatdırmaq və zəruri işləri gördürmək; Yanacaq çekləri, yol vərəqələri və marşrut hesabatlarını düzgün və dəqiq aparmaq; Fövqəladə və insident hallarında operativ reaksiya vermək və rəhbərliyə dərhal məlumat vermək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək. Tələblər Yaş həddi: 30 - 45 İş təcrübəsi: 1 ildən 3 ilə qədər şəhərdaxili (Bakı) sürücülük təcrübəsi; Sürücülük vəsiqəsi: ən azı B kateqoriya; C kateqoriya olanlara üstünlük verilir; Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrut seçimini çevik etmək bacarığı; Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək və intizamla əməl etmək; Təmkinli, məsuliyyətli, diqqətli və etibarlı olmaq; Təmiz sürücülük tarixçəsi (ciddi pozuntular və cəza balları olmamalıdır); Avtomobilin ilkin nasazlıqlarını ayırd etmək və zəruri hallarda təhlükəsiz müdaxilə etmək bacarığı; Smartfon və naviqasiya tətbiqlərindən, həmçinin əsas ofis tətbiqlərindən (məs., WhatsApp, e-mail) istifadə bacarığı; Azərbaycan dili sərbəst; Rus və/ya İngilis dili bilikləri üstünlükdür. Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Şəxsi Sürücü” yazaraq göndərmələri xahiş olunur. Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq. CV müraciəti zamanı elanda qeyd edilən əməkhaqqının və iş saatlarının sizin gözləntilərinizə uyğunluğundan əmin olmağınız xahiş olunur.