Yüklənir...
Местоположение: Bakı
Lombard şirkətimizə əməliyyat proseslərinin idarə olunması və nəzarətin təmin edilməsi üçün təcrübəli Əməliyyat meneceri axtarırıq. İş şəraiti İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti Əməkhaqqı: 1 000–1 500 AZN Bazar ertəsi – Cümə: 09:00–18:00 Şənbə: Qısaldılmış iş günü Bazar: İstirahət günü Tələblər Yaş aralığı: 25–35 yaş Təhsil: Ali təhsil (iqtisadiyyat və maliyyə ixtisasları üzrə olması üstünlükdür) İş təcrübəsi: Lombard, bank və ya maliyyə sektorunda iş təcrübəsi Proqram bilikləri: Progress proqramında iş təcrübəsi olması mütləqdir (5 il ) Əsas vəzifə öhdəlikləri Lombardın gündəlik əməliyyat fəaliyyətinin idarə olunması və nəzarətdə saxlanılması; Girov və kredit əməliyyatlarının düzgün aparılmasının təmin edilməsi; Progress proqramında əməliyyatların düzgün icrasına və məlumatların dəqiqliyinə nəzarət; Əməliyyat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; Daxili prosedur və qaydalara riayət olunmasının təmin edilməsi; Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qarşısının alınması; İş proseslərinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması; Müştəri xidmətlərinin keyfiyyətinə nəzarət. Namizədə tələblər Ali təhsil; iqtisadiyyat və maliyyə sahəsində təhsil üstünlükdür; Lombard, bank və ya maliyyə sektorunda iş təcrübəsi; Progress proqramı ilə sərbəst işləmək bacarığı; Əməliyyatların idarə olunması və nəzarət sahəsində təcrübə; MS Excel və digər ofis proqramları üzrə biliklər; Analitik düşünmə, operativ qərarvermə və problem həll etmə bacarığı; Yüksək məsuliyyətlilik, dürüstlük və diqqətlilik; Ünsiyyət və komanda idarəetmə bacarıqları. Şirkət təklif edir 1 000–1 500 AZN aralığında əməkhaqqı; Stabil iş mühiti; Peşəkar inkişaf imkanları. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.