Местоположение: Bakı
Namizədə tələblər: Ali təhsil (iqtisadiyyat, logistika, biznesin idarə edilməsi və ya texniki sahə) Satınalma, logistika və ya gömrük sahəsində 6 ay–1 il iş təcrübəsi arzuolunandır Azərbaycan dili — sərbəst, İngilis dili — yüksək səviyyə;rus dili—arzuolunandır MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik ERP və ya task idarəetmə sistemləri ilə işləmək bacarığı; Bitrix24 təcrübəsi üstünlükdür Diqqətlilik, məsuliyyətlilik, operativlik və analitik düşüncə. Vəzifə öhdəlikləri: Daxil olan satınalma tələblərinin qəbul edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi Məhsulun spesifikasiyası, artikul, miqdar və digər məlumatların düzgünlüyünün yoxlanılması Mövcud və potensial tədarükçülərin araşdırılması, qiymət sorğularının (RFQ) hazırlanması və göndərilməsi Tədarükçü təkliflərinin qiymət, çatdırılma müddəti, ödəniş şərtləri və digər göstəricilər üzrə müqayisə edilməsi Tədarükçülərlə gündəlik işgüzar yazışmaların aparılması və sifariş statuslarının izlənilməsi Proforma invoice, invoice, packing list və digər sənədlərin alınması və yoxlanılması Satınalma sifarişlərinin (PO) hazırlanması və təsdiq prosesinin izlənilməsi. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Port Baku Tower 2; Nahar şirkət tərəfindən təmin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə assistent” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2615&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.