Местоположение: Bakı
Tələblər: Ali təhsil(maliyyə və muhasibatlıq sahəsi üzrə); Microsoft Office proqramlarını bilmək; Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı); Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı; Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı; Balansın çıxarılması üzrə bilikləri olmalı; Yaş həddi: 30-35; İş barədə məlumat: Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı hesabatların hazırlanması; Bütün növ maliyyə hesabatların hazırlanması və müəyyən edilmiş müddət ərzində təqdim edilməsi; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək; Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi; Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması; Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi; İş prosesində məlumatların məxfiliyinin saxlanılması; Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Baş Mühasib ”yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş (xanım) namizədlər müsahibəyə dəvət olunacaqlar.