Mühafizəçi (Şamaxı) - Şirvan Aqro MMC

Местоположение: Bakı

Şirkətimiz əməliyyat proseslərinin təhlükəsizliyinin təmin edilməsi və əmlakın mühafizəsinin təşkili məqsədilə komandasına Mühafizəçi axtarır. Əsas vəzifə öhdəlikləri: Müəssisənin ərazisinin, inzibati binaların, istehsalat sahələrinin və digər obyektlərin mühafizəsini təmin etmək; Müəssisəyə giriş-çıxışa nəzarət etmək, əməkdaşların və ziyarətçilərin giriş-çıxış qaydalarına əməl etməsini təmin etmək; Müəssisəyə daxil olan və çıxan nəqliyyat vasitələrinə nəzarət etmək; Əraziyə gətirilən və ərazidən çıxarılan maddi sərvətlərin müvafiq sənədlər əsasında yoxlanılmasını təmin etmək; Müəssisənin ərazisində mütəmadi müşahidə və nəzarət aparmaq; Yanğın, oğurluq, qəza və digər fövqəladə hallar zamanı operativ tədbirlər görmək və rəhbərliyi dərhal məlumatlandırmaq; Müəssisədaxili təhlükəsizlik qaydalarına və müəyyən edilmiş mühafizə prosedurlarına riayət etmək; Növbə ərzində baş verən hadisələr və aşkar edilmiş nöqsanlar barədə müvafiq qeydlər aparmaq və növbəni təhvil verərkən məlumatları növbəti əməkdaşa çatdırmaq. Namizədə tələblər: Mühafizə sahəsində iş təcrübəsi – arzuolunandır; Orta təhsil – mütləqdir; Fiziki cəhətdən sağlam və növbəli iş rejimində işləməyə hazır olmaq; Müşahidəçilik, diqqətlilik və məsuliyyətlilik; İntizamlı olmaq və daxili əmək qaydalarına riayət etmək; Gərgin vəziyyətlərdə soyuqqanlı davranmaq və operativ qərar qəbul etmək bacarığı; Şübhəli hallar və təhlükəsizlik pozuntuları barədə vaxtında məlumat vermək bacarığı; Komandada işləmək və ünsiyyət qurmaq bacarığı. İş şəraiti: İş qrafiki: növbəli iş rejimi; Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir; İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.