Mühasibatlıq üzrə Təlimçi - Step Consulting LLC

Местоположение: Bakı

Зарплата: 700-800

Əsas öhdəliklər: Mühasibat uçotunun əsas prinsipləri və ilkin mühasibat sənədlərinin hazırlanması üzrə təlimlərin keçirilməsi; Nağd və qeyri-nağd əməliyyatların uçotu, bank və kassa əməliyyatlarının aparılması qaydalarının praktiki şəkildə tədris edilməsi; Mühasibat proqramlarında (1C, Logo, Mikro və s.) praktiki məşğələlərin təşkili və proqramlardan istifadə bacarıqlarının formalaşdırılması; Vergi qanunvericiliyi, DSMF öhdəlikləri və digər maliyyə-hüquqi prosedurlar üzrə nəzəri və praktiki biliklərin tədris edilməsi; Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, arxivləşdirilməsi və hesabatlılıq proseslərinin izah edilməsi; Real mühasibat case-ləri və praktiki tapşırıqlar əsasında interaktiv təlimlərin təşkili; Müdavimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və real iş mühitinə uyğun praktik portfoliolarının formalaşdırılmasına dəstək göstərilməsi; Tədris proqramlarının və təlim materiallarının hazırlanması, mütəmadi yenilənməsi və təkmilləşdirilməsi; Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi və müvafiq rəyin verilməsi; Təlim prosesinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması. Kvalifikasiya tələbləri: Təhsili: Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə); İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3–5 il iş təcrübəsi, Baş Mühasib kimi iş təcrübəsinin olması üstünlükdür; Təlimçilik təcrübəsinin olması üstünlük hesab edilir; ACCA, PMS, DipIFR və digər peşəkar maliyyə sertifikatlarının olması üstünlükdür. Tələb olunan bilik və bacarıqlar: Mühasibat uçotu və maliyyə hesabatlılığı üzrə dərin biliklər; Vergi qanunvericiliyi və DSMF əməliyyatları üzrə praktiki biliklər; İlkin mühasibat sənədlərinin hazırlanması və uçotunun aparılması bacarığı; 1C, Logo, Mikro və digər mühasibat proqramlarında işləmək bacarığı; Təlim proqramlarının hazırlanması və effektiv təqdimat bacarığı; Güclü ünsiyyət, izah etmə və auditoriyanı idarəetmə bacarığı; Analitik düşünmə və problem həll etmə bacarığı; Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma. Təklif edirik: Əmək haqqı: 700 – 800 AZN; (1 qrup üçün)  Həftədə 5 gün, gündə 3 saat iş qrafiki; Peşəkar inkişaf və təlim layihələrində iştirak imkanı; Müasir və rahat iş mühiti; Gənc və peşəkar komanda ilə işləmək imkanı; Uzunmüddətli əməkdaşlıq perspektivi. Tələblərə cavab verən namizədlər CV-lərini "Mühasibatlıq üzrə Təlimçi" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.