İstismar xidmətləri üzrə nəzarətçi - Subway Azerbaijan

Местоположение: Bakı

“Absheron Hospitality Group” MMC “İstismar xidmətləri üzrə nəzarətçi” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır; Əsas öhdəliklər: Elektrik və mexaniki sistemlərdə profilaktik baxış və texniki servis işlərini plan üzrə həyata keçirmək; Qaz, su və elektrik sistemlərinin təhlükəsiz işləməsini təmin etmək; Gözlənilməz texniki nasazlıqlar zamanı operativ müdaxilə etmək, zəruri hallarda xarici servis xidmətləri ilə əlaqə qurmaq və təmir prosesinə nəzarət etmək; Avadanlıqların sazlanması, quraşdırılması, nizamlanması və sınaq yoxlamasını həyata keçirmək, sistemin sazlığı vəziyyətinə nəzarət etmək; Yeni texnikanın və inkişaf etmiş texnologiyanın tətbiqinin, səmərələşdirici təkliflərin iqtisadi effektliliyinin əsaslandırılmasında iştirak etmək; Yerinə yetirilən işlər üzrə sənədləri qəbul etmək, onların vaxtında icrasını və saxlanılmasını təmin etmək; İşi ilə əlaqəli hesabatların tərtib edilməsi üçün məlumatları sistemləşdirmək, emal etmək və hazırlamaq; Texniki və istilik, həmçinin soyutma və havalandırma avadanlıqlarının, sobaların, nasosların, transformatorların, elektrik cihazlarının və s. təmiri və texniki xidməti üçün işlərə nəzarət etmək, onları əlaqələndirmək və planlaşdırmaq; Elektrik və mexaniki sistemlərlə işləyərkən təhlükəsizlik qaydalarına əməl etmək Vəzifə üzrə əsas tələblər: Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması; Tutduğu vəzifə üzrə normativ hüquqi aktları bilmək; Hazırlanan texniki sənədlərin mövcud standartlarını və texniki şərtlərini, onların tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını bilmək; İstifadə olunan avadanlığın konstruktiv xüsusiyyətlərini, təyinatını, iş prinsiplərini və istismar qaydalarını bilmək; Avadanlığın baxışı və nöqsanların aşkarlanması metodlarını: məlumatların alınması, emalı və ötürülməsinin texniki vasitələrini bilmək; Microsoft Office (Word, Outlook) proqramlarından istifadə bacarığının olması; Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.  Göndərilən emaillərin subject hissəsinə “İstismar xidmətləri üzrə nəzarətçi” yazılmalıdır. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.