Yüklənir...
Местоположение: Bakı
İş şəraiti: İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək Məşğulluq növü: Tam ştat Vəzifə Öhdəlikləri: Brokerlərlə İş üzrə Menecerin gündəlik fəaliyyətinə operativ dəstəyin göstərilməsi; Brokerlərin fəaliyyətinin izlənməsi və müvafiq məlumatların sistemləşdirilməsi; Müqavilə sənədlərinin hazırlanmasında və sənədləşmə prosesində iştirak; Komissiya hesablamaları və ödənişlər üzrə ilkin məlumatların toplanması və maliyyə şöbəsinə ötürülməsi; Brokerlər üçün təqdimat materiallarının hazırlanmasına və yenilənməsinə dəstək; Daxil olan sorğuların cavablandırılması və brokerlərlə ilkin kommunikasiya; Həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak; Yeni brokerlər üçün təşkil olunan təlim və təqdimat proseslərinə dəstək; Brokerlərdən daxil olan rəy və təkliflərin toplanması və müvafiq şöbələrə yönləndirilməsi; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və dəqiq icrası. Tələblər: Ali təhsil (biznes, idarəetmə və ya əlaqəli sahələr üzrə üstünlükdür); CRM sistemləri ilə işləmə bacarığı (Bitrix, Profitbase və ya oxşar platformalar arzuolunandır); MS Office proqramlarında sərbəst işləmək bacarığı; Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları; Analitik düşünmə və məlumatlarla işləmə qabiliyyəti; Məsuliyyətlilik, detallara diqqət və operativlik; Rus və ingilis dili bilikləri arzuolunandır; Komandada işləmək bacarığı. CV-lərinizi vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. e-mail: hr@treva.realestate