Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Bank üzrə CI/CD proseslərinin sıfırdan qurulması və idarə edilməsi; Development, Test, UAT və Production mühitləri üçün avtomatlaşdırılmış deployment proseslərinin yaradılması; DevOps proseslərinin standartlaşdırılması və avtomatlaşdırılması; Docker, Kubernetes və “Infrastructure as Code” həllərinin tətbiqi; “Monitoring”, “Logging” və “Alerting” sistemlərinin qurulması; DevSecOps prinsiplərinin CI/CD proseslərinə inteqrasiya edilməsi; “Secrets Management” , “vulnerability scanning” və təhlükəsiz deployment proseslərinin təşkili; Production mühitlərinin dayanıqlılığı, yüksək əlçatanlığının və performansının təmin edilməsi; Backup , Disaster Recovery və rollback mexanizmlərinin qurulması; Development, QA , IT Infrastructure və Information Security komandaları ilə koordinasiyanın təşkili. Namizədə tələblər: Ali təhsil (tətbiqi riyaziyyat, informatika, kompüter elmləri və s.); DevOps sahəsində azı 2 il praktiki iş təcrübəsi; Git və versiya idarəetmə sistemləri ilə praktiki iş təcrübəsi; CI/CD prosesləri və onların qurulması haqqında praktiki bilik; Jenkins, GitLab CI/CD** və ya analoji alətlərdən biri ilə iş təcrübəsi; Docker ilə praktiki iş təcrübəsi; Proqram təminatının müxtəlif mühitlərə (Development, Test, UAT, Production) yerləşdirilməsi (Deployment) prosesləri haqqında praktiki anlayış; Build, deployment və release proseslərinin avtomatlaşdırılması üzrə təcrübə; Bash və ya digər skript dilləri üzrə baza səviyyəsində bilik; Linux əməliyyat sistemi üzrə bilik; Monitoring və logging prinsipləri haqqında anlayış; Proqram təminatının hazırlanması və istifadəyə verilməsi həyat dövrü (SDLC) haqqında anlayış; Proqramlaşdırma komandası ilə birgə işləmək və texniki problemləri həll etmək bacarığı; Analitik düşüncə və problem həll etmə bacarığı. Üstünlük verilir: Kubernetes ilə iş təcrübəsi; Terraform və ya digər Infrastructure as Code (IaC) alətləri ilə tanışlıq; Java, C# və ya digər proqramlaşdırma dilləri ilə hazırlanmış tətbiqlərin build və deployment prosesləri ilə işləmək təcrübəsi; Monitoring və logging alətləri ilə praktiki iş təcrübəsi; Bank və ya digər kritik informasiya sistemlərində DevOps təcrübəsi. Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “ İşə Qəbul Portalı ”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.