Yüklənir...
Местоположение: Bakı
Azena şirkətlərə SMM və marketinq xidmətləri göstərir, həmçinin dental və qeyri dental mövzularda konfranslar təşkil edir. Müştəri layihələrinin və tədbirlərin gündəlik icrasını planlaşdıracaq, komandalar arasında işi əlaqələndirəcək və nəticələri izləyəcək əməliyyatlar meneceri axtarırıq. Vəzifə öhdəlikləri Müştəri layihələri üçün iş planı, icra qrafiki və məsul şəxsləri müəyyən etmək; tapşırıqların vaxtında tamamlanmasını izləmək. Kontent planlarının hazırlanması, təsdiqi, paylaşımı və hesabatlandırılması prosesini idarə etmək. Hədəfləmə və reklam kampaniyalarının hazırlanmasını, işə salınmasını və nəticələrinin təhlilini komanda ilə koordinasiya etmək. Müştərilərlə gündəlik əlaqəni, görüşləri, gözləntiləri və geri bildirimləri idarə etmək. Konfransların konsepsiya, büdcə, məkan, spiker, sponsor, qeydiyyat, təchizatçı və tədbir günü icra proseslərini əlaqələndirmək. Layihələrdə peşəkar məzmunun müvafiq mütəxəssislərlə yoxlanmasını təmin etmək. Layihə büdcələrinə, son tarixlərə və xidmət keyfiyyətinə nəzarət etmək; riskləri vaxtında rəhbərliyə bildirmək. Komandanın iş yükünü bölüşdürmək, aralıq görüşləri keçirmək və prosesləri yaxşılaşdırmaq. Rəhbərliyə layihələrin vəziyyəti, xərclər, nəticələr və qarşıdakı işlər barədə müntəzəm hesabat təqdim etmək. Səlahiyyətlər Təsdiqlənmiş layihə planı və büdcəsi çərçivəsində gündəlik əməliyyat qərarları qəbul etmək. Komanda üzvlərinə tapşırıq vermək, prioritetləri müəyyən etmək və icra müddətlərini izləmək. Keyfiyyətə və ya son tarixə risk yaradan işlərə düzəliş tələb etmək. Büdcə dəyişikliyi, əlavə xərc, müqavilə öhdəliyi və layihənin əsas istiqamətinə təsir edən qərarları rəhbərliyin təsdiqinə təqdim etmək. Namizədə tələblər Marketinq agentliyində, layihələrin idarə edilməsində və ya tədbir təşkilatçılığında iş təcrübəsi. SMM, kontent istehsalı və rəqəmsal reklam prosesləri haqqında praktik anlayış. Eyni vaxtda bir neçə layihəni planlaşdırmaq və izləmək bacarığı. Güclü ünsiyyət, təşkilatçılıq, problem həll etmə və hesabat hazırlama bacarıqları. Büdcə idarəetməsi üzrə təcrübə üstünlükdür. CV-nizi və idarə etdiyiniz layihələr haqqında qısa məlumatı Azena komandasına göndərin. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .