Yüklənir...
Местоположение: Bakı
“Azərbaycan Mikro-Kredit BOKT” ASC Baş mühasib vəzifəsinə işçi qəbulu elan edir. İş şəraiti Bölgə: Bakı şəhəri, Səbail rayonu, Sahil m/s-nun yaxınlığı İş günləri Bazar ertəsi – Şənbə Əmək haqqı Müsahibə əsasında Tələblər: Təhsil: Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində ali təhsil; İş təcrübəsi: Baş mühasib və ya mühasib müavini vəzifəsində minimum 3-5 il iş təcrübəsi; Proqram bilikləri: 1C (8.3 versiyası), MS Excel (yüksək səviyyədə), e-taxes.gov.az, e-gov.az portalları ilə sərbəst işləmək bacarığı; Qanunvericilik: AR Vergi Məcəlləsini mükəmməl bilmək; PMS (MHBS) Sertifikatı mütləqdir Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı. İşin təsviri Müəssisənin mühasibat və vergi uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və MHBS-ə (IFRS) uyğun olaraq aparılması;Vergi, AR Mərkəzi Bankı, Statistika və digər dövlət hesabatlarının vaxtında hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi; Bəyannamələrin (ƏDV, Mənfəət, Ödəmə mənbəyində tutulan vergi və s. düzgün formalaşdırılması və e-taxes portalları vasitəsilə göndərilməsi; Bank əməliyyatlarının, kassa hissəsinin və hesab-fakturaların nəzarətdə saxlanılması; Debitor və kreditor borclarına müntəzəm nəzarət olunması, üzləşmə aktlarının tərtib edilməsi; Daxili maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması; Audit yoxlamaları zamanı tələb olunan sənədləşmənin təmin edilməsi. Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.