Местоположение: Bakı
Struktur bölmənin adı: Tədqiqatlar departamenti Vəzifənin funksiyaları: Pul siyasəti və maliyyə sabitliyi komitəsinin iclasları üçün makroiqtisadi göstəricilərin proqnozlarının hazırlanması məqsədilə proseslərin təşkili; Proqnoz keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə mövcud modellərin təkmilləşdirilməsi və yeni modellərin qurulması ilə bağlı proseslərin təşkili və proseslərdə birbaşa iştirak; Siyasət gündəliyindən irəli gələn tədqiqat işlərinin aparılmasında iştirak və işlərin təşkili; AMB-nin struktur bölmələrinin sorğusu əsasında müxtəlif proqnozların, həmçinin tematik tədqiqatların aparılmasının təşkili və birbaşa iştirak; Tədqiqat mövzularının formalaşdırılması və tədqiqat işlərinin təkmilləşdirilməsində, daxili müzakirələrdə və elmi konfranslarda iştirak, o cümlədən tədqiqat işlərinin dərc edilməsinin təşkili; Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması; Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasının təşkil edilməsi; Departament rəhbərliyinin tapşırığına uyğun olaraq şöbənin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi. Təhsil İqtisadiyyat, riyaziyyat, maliyyə - Ali təhsil Təcrübə Müvafiq sahə üzrə ən azı 4 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi Texniki biliklər Makroiqtisadiyyat, Mikroiqtisadiyyat, Monetar iqtisadiyyat və pul siyasəti, Ümumi iqtisadiyyat və bankçılıq, Statistika və Ekonometrika, Təqdimat və yazı bacarıqları – yüksək səviyyədə Kompüter bacarığı Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlardan Matlab (IRIS Macroeconomic Modeling Toolbox) və Eviews (həmçinin bu proqramlarda kodlaşdırma bacarıqları) - Yüksək səviyyədə MS Office proqramları - Yüksək səviyyədə Dil bilikləri Azərbaycan dili - yüksək səviyyədə İngilis dili – yüksək səviyyədə Davranış kompetensiyaları Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik,,vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə Liderlik kompetensiyaları Dəyişikliklərin idarə edilməsi, təşkilatçılıq və planlaşdırma, qərar qəbuletmə Əlavə tələblər Seçim prosesi çərçivəsində real iş mühitində praktiki tapşırıq yerinə yetirmək GZİT təhlili (SWOT), struktur bölmə üzrə vizyon və tədbirlər planı haqqında təqdimat hazırlamaq Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.