Местоположение: Bakı
İş şəraiti 5 Günlük iş qrafiki İş saatı 09:00-18:00 Öhdəlikləri: Şəbəkələrdə fəaliyyət göstərən satış təmsilçilərinin gündəlik iş prosesinə nəzarət etmək; Mövcud şəbəkə müştəriləri ilə işgüzar münasibətləri qorumaq və inkişaf etdirmək Satış komandasının qarşıya qoyulan hədəflərə çatmasına dəstək olmaq; İşçilərin işə davamiyyəti, intizamı və əmək fəaliyyətini izləmək; Satış göstəricilərini təhlil etmək və satışların artırılması üçün tədbirlər həyata keçirmək; Şəbəkələr üzrə aylıq və həftəlik satış hədəflərinin müəyyənləşdirilməsində və icrasında iştirak etmək; Satış planlarının yerinə yetirilməsinə nəzarət etmək; Yaranan problemləri operativ şəkildə müəyyən etmək və həllinə nəzarət etmək; Rəhbərliyə mütəmadi olaraq fəaliyyəti barədə hesabat təqdim etmək; Şirkətin kampaniya, aksiya və digər layihələrinin düzgün icrasını təmin etmək; Komandanın motivasiyasını və iş effektivliyini artırmaq; Yeni əməkdaşların adaptasiya və iş prosesinə uyğunlaşmasına nəzarət etmək; Şirkət rəhbərliyinin verdiyi tapşırıqların vaxtında və düzgün icrasını təmin etmək. Namizədə tələblər: Yaş həddi: 25–40 Ali təhsil Ən azı 3 il iş təcrübəsi Satış və idarəetmə sahəsində təcrübə Komanda idarəetmə bacarığı Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq Maraqlanan şəxslər mövzu hissəsində “Şəbəkə bölgə müdiri” qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.