Yüklənir...
Местоположение: Bakı
İş haqqında: Azroksan şirkəti istehsal proseslərində CNC və universal dəzgahlarda mexaniki emal əməliyyatlarının həyata keçirilməsinə, istehsal sənədlərinə uyğun keyfiyyətli və təhlükəsiz istehsalın təmin edilməsinə cavabdeh olacaq Mexaniki istehsal və proses üzrə mühəndis axtarır. Əsas vəzifələr: Metal formalaşdırma, qaynaqlama, mexaniki və kompozit materialların emalı üzrə istehsal texnologiyalarını hazırlamaq və təkmilləşdirmək; Yeni məhsulların istehsalı üçün texnoloji prosesləri layihələndirmək, prototiplərin hazırlanması və sınaq mərhələlərində iştirak etmək; CAD/CAM proqramları vasitəsilə CNC dəzgahları üçün proqramlar hazırlamaq; Texnoloji sənədləri, istehsal marşrutlarını və iş təlimatlarını hazırlamaq və yeniləmək; İstehsal proseslərində yaranan texniki problemləri araşdırmaq və düzəldici tədbirlər hazırlamaq; İstehsalın səmərəliliyini artırmaq, xərcləri və qüsurları azaltmaq məqsədilə təkmilləşdirmələr aparmaq; İstehsal avadanlıqları, alətlər və qurğular üzrə texniki tələbləri müəyyənləşdirmək; Tələblər: Ali təhsil (Mexanika ilə əlaqəli ixtisaslar) CNC və universal dəzgahlarla (tornalama, frezləmə, qazma və s.) işləmək üzrə minimum 5 il iş təcrübəsi. Texniki çertyojları və istehsalat sənədlərini oxumaq bacarığı. Ölçmə alətləri (sirkul, mikrometr və s.) ilə işləmək bacarığı və dəqiqlik. Komanda ilə effektiv əməkdaşlıq bacarığı. Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər. Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Mexaniki istehsal və proses üzrə mühəndis” qeyd etməlidirlər. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.