Qazmaçı - Caspian Engineering Solutions

Местоположение: Bakı

İş şəraiti İş yeri:  Bakı şəhəri İş qrafiki:  Növbəli iş rejimi Əmək haqqı:  Razılaşma əsasında Vəzifə öhdəlikləri Müəyyən edilmiş qazma nöqtələrində layihə və texniki tələblərə uyğun qazma işlərini həyata keçirmək; Qazma qurğusu və perforator vasitəsilə qazma işlərini yerinə yetirmək; Qazma dəliklərini verilmiş ölçü, dərinlik və istiqamətə uyğun açmaq; Qazma avadanlıqlarından düzgün, səmərəli və təhlükəsiz istifadə etmək; Avadanlıqda hər hansı nasazlıq və ya problem yarandıqda dərhal birbaşa rəhbərə məlumat vermək; İş sahəsini və qazma avadanlıqlarını səliqəli, təmiz və işlək vəziyyətdə saxlamaq; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və SƏTƏMM tələblərinə ciddi riayət etmək; Birbaşa rəhbər tərəfindən vəzifəyə uyğun verilən digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Qazma işləri üzrə iş təcrübə; Qazma qurğusu və perforatorla işləmək bacarığı; Texniki təhlükəsizlik qaydalarını bilməli və onlara riayət etməli; Fiziki cəhətdən sağlam və məsuliyyətli olmaq; Komandada işləmək bacarığı; Verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək; Tunel və ya yeraltı tikinti sahəsində iş təcrübəsi üstünlükdür. Şirkət tərəfindən Rəsmi əmək müqaviləsi; Stabil iş və əmək haqqı; Əməyin mühafizəsi və təhlükəsizlik standartlarına uyğun iş şəraiti; Nahar və digər sosial təminatlar. Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Qazmaçı” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.