Местоположение: Bakı
Şirkətə Heyvandarlıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir: Namizədə tələblər: Baytarlıq, zootexnika üzrə ali təhsil; Heyvandarlıq sahəsində minimum 2 il iş təcrübəsi; Analitik düşünmə və koordinasiya bacarığı; MS Office proqramlarında işləmə bacarığı; Operativ qərarvermə və komandada işləmək bacarığı; Ezamiyyətlərə hazır olmaq; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı. Vəzifə öhdəlikləri: Heyvandarlıq sahəsi üzrə daxil olan müraciətlərin koordinasiyasını həyata keçirmək; Müstəqil ekspertlərin fəaliyyətinin təşkil və nəzarət olunması; Risk ekspertizası və hadisə araşdırmaları üzrə proseslərin izlənilməsi; Fermerlər, ekspertlər və aidiyyəti şöbələrlə operativ kommunikasiya qurmaq; Hesabatların hazırlanması və məlumat bazasının idarə olunması; Səfərlərin və ekspert təyinatlarının koordinasiyası; Proseslər üzrə normativ sənədlərin tətbiqinə nəzarət etmək. İş şəraiti: Stabil iş; Əmək haqqı razılaşma yolu ilə; İş rejimi: həftə içi 5 gün, iş saatları: 09:00-dan 18:00-dək; İşə qəbul ediləcək şəxs tibbi sığorta ilə təmin edilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.