Yüklənir...
Местоположение: Bakı
Ünvanlı və adi yanğın siqnalizasiya sistemləri üzrə mühəndis vakansiyası üçün namizədin müvafiq texniki biliklərə və sistemlərin quraşdırılması, sazlanması və texniki xidməti üzrə praktiki bacarıqlara malik olması arzuolunandır. Namizədə olan tələblər Yanğın siqnalizasiya sistemləri, zəif axın sistemləri və ya müvafiq texniki sahədə təcrübə; Ünvanlı və adi yanğın siqnalizasiya sistemlərinin iş prinsiplərini bilmək; Sistemlərin quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi və texniki xidmətində iştirak bacarığı; Texniki sxemləri və layihə sənədlərini oxumaq bacarığı; Nasazlıqları müəyyən etmək, diaqnostika aparmaq və aradan qaldırmaq bacarığı; Texniki sənədləşmə aparmaq və komanda ilə işləmək bacarığı. Vəzifə öhdəlikləri Ünvanlı və adi yanğın siqnalizasiya sistemlərinin quraşdırılması və sazlanmasında iştirak; Yanğın siqnalizasiya avadanlıqlarının yoxlanılması, sınaqdan keçirilməsi və texniki xidmətinin həyata keçirilməsi; Sistemlərdə yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması; Layihə və texniki sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək; Sifarişçi və layihə komandası ilə texniki məsələlərin əlaqələndirilməsi. İş şəraiti İş yeri: Bakı şəhəri; İş rejimi: tam ştat; Əməkhaqqı: 1 500–2 000 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir); Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri və sənədləşmə; Peşəkar və öyrədici iş mühiti; Karyera inkişafı və yeni texnologiyalarla işləmək imkanı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .