Yüklənir...
Местоположение: Bakı
Yaradıcılığını müasir dizayn və tikinti layihələri ilə birləşdirərək fərqli məkanlara öz imzasını atmaq istəyən peşəkar dizaynerləri komandamıza dəvət edirik! Vəzifə öhdəlikləri: Müxtəlif üslublarda interyer və eksteryer 3D dizayn görünüşlərinin hazırlanması; Müxtəlif təyinatlı obyektlərin interyer və eksteryer layihələrinin hazırlanması; Məkanın dizayn ideyasının konsepsiyasından təfərrüatlı dizayn mərhələsinə qədər işlənib hazırlanması; Verilmiş təlimat və məlumatlar əsasında dizayn işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi; Müasir dizayn trendlərinin izlənilməsi və layihələrə uyğun şəkildə tətbiq edilməsi; Gündəlik dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi; Rəhbərlik tərəfindən verilən dizayn tapşırıqlarının vaxtında və keyfiyyətlə təhvil verilməsi; Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmək; Adobe After Effects və Adobe Premiere Pro proqramlarında işləmə bacarığı üstünlükdür; 3D animasiya videolarının, Motion Design çarxlarının və video montaj işlərinin hazırlanması üstünlükdür. Tələb olunan bilik və bacarıqlar: Müvafiq sahə üzrə ali təhsil; Minimum 3 il müvafiq sahədə iş təcrübəsi; Vakansiya üzrə əsas üstünlük interyer dizayn sahəsində ixtisaslaşmış namizədlərə veriləcək; Tikinti şirkətində dizayn sahəsində iş təcrübəsi üstünlükdür; AutoCAD, ArchiCAD, 3ds Max, V-Ray, Corona və digər müvafiq proqramlarda işləmə bacarığı; Əllə eskiz çəkmək bacarığı arzuolunandır; İngilis və rus dillərini bilmək arzuolunandır; Kreativlik və yüksək estetik zövq; Sürətli və keyfiyyətli işləmək bacarığı; Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq; Tapşırıqları vaxtında yerinə yetirmək; Müstəqil və komanda şəklində işləmək bacarığı. İş şəraiti: İş qrafiki: 09:00 – 18:00 Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi Nahar: Şirkət tərəfindən təmin olunur Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İnteryer və Eksteryer Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.