Yüklənir...
Местоположение: Bakı
İş yeri: Qarabağ bölgəsi, Azərbaycan İş rejimi: Tam iş günü Vakansiya haqqında Crystal Group of Companies Qarabağ bölgəsində həyata keçirilən tikinti layihəsinə rəhbərlik etmək üçün peşəkar və təcrübəli Layihə Rəhbəri axtarır. Namizəd tikinti layihəsinin bütün mərhələlərinin planlaşdırılması, təşkili, koordinasiyası və idarə edilməsinə, tikinti-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, texniki tələblərə, keyfiyyət standartlarına və müəyyən edilmiş müddətlərə uyğun icrasına cavabdeh olacaqdır. Bu vəzifə tikinti sahəsində geniş praktiki təcrübəyə, güclü idarəetmə bacarıqlarına və çoxmərtəbəli yaşayış və digər bina tikintisi layihələrinin rəhbərliyində uğurlu iş təcrübəsinə malik mütəxəssislər üçün nəzərdə tutulub. Əsas vəzifə öhdəlikləri Tikinti layihəsinin başlanğıc mərhələsindən tamamlanmasına qədər bütün proseslərin planlaşdırılmasını, təşkilini və idarə edilməsini təmin etmək; Layihənin təsdiq olunmuş iş qrafikinə, büdcəsinə, texniki şərtlərə və keyfiyyət standartlarına uyğun icrasına rəhbərlik etmək; Tikinti-quraşdırma işlərinin layihə və smeta sənədlərinə, texniki spesifikasiyalara, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək; Tikinti sahəsində gündəlik iş proseslərini təşkil etmək, işlərin gedişatını izləmək və müəyyən edilmiş hədəflərə nail olunmasını təmin etmək; Sahə mühəndislərinin, iş icraçılarının, texniki heyətin və digər layihə əməkdaşlarının fəaliyyətini əlaqələndirmək və idarə etmək; Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətini və icra müddətlərini nəzarətdə saxlamaq; Layihənin icrası üçün tələb olunan işçi qüvvəsi, texnika, avadanlıq və tikinti materiallarına olan ehtiyacları müəyyənləşdirmək və təminat prosesini əlaqələndirmək; Layihənin icrası zamanı yaranan texniki və təşkilati problemləri operativ şəkildə müəyyən etmək, onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək; Tikinti işlərinin keyfiyyətinə, görülmüş işlərin həcminə və texniki uyğunluğuna nəzarət etmək; İş qrafikindən kənarlaşmaları, əlavə xərcləri və mümkün riskləri müəyyən etmək, qabaqlayıcı tədbirlər hazırlamaq; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmasını təmin etmək; Sifarişçi, texniki nəzarət, layihələndirmə təşkilatları və digər əlaqəli tərəflərlə işgüzar əməkdaşlığı təmin etmək; Layihənin gedişatı, görülmüş işlərin həcmi, resurslardan istifadə, büdcə və mövcud risklərlə bağlı dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Layihənin müəyyən edilmiş müddətdə, tələb olunan keyfiyyətdə və təsdiq olunmuş büdcə çərçivəsində tamamlanmasını təmin etmək. Namizədə dair tələblər İnşaat mühəndisliyi və ya müvafiq tikinti-texniki ixtisas üzrə ali təhsil; Tikinti sahəsində minimum 10 il iş təcrübəsi ; Layihə Rəhbəri və ya ekvivalent rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi ; Çoxmərtəbəli yaşayış binalarının və digər bina tikintisi layihələrinin idarə edilməsində praktiki təcrübə mütləqdir; Böyükhəcmli tikinti layihələrinin planlaşdırılması, təşkili və icrası üzrə bilik və təcrübə; Layihə-smeta sənədlərini, işçi çertyojları, texniki spesifikasiyaları və tikinti norma və qaydalarını yüksək səviyyədə bilmək; Tikinti işlərinin həcmlərinin, iş qrafiklərinin, resurs ehtiyaclarının və layihə büdcəsinin idarə edilməsi üzrə təcrübə; Podratçı və subpodratçılarla işin təşkili və koordinasiyası bacarığı; MS Office proqramlarında sərbəst işləmək; Tikinti layihələrinin idarə olunması üzrə proqram və alətlərlə işləmək bacarığı üstünlükdür; Güclü liderlik, təşkilatçılıq, analitik düşünmə və qərarvermə bacarıqları; Yüksək məsuliyyətlilik, operativlik, nəticəyönümlülük və komanda idarəetmə bacarığı; Qarabağ bölgəsində yerləşən layihədə işləməyə hazır olmaq. Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur. Mövzu: “Layihə Rəhbəri – Qarabağ” Qeyd: Layihənin konkret yerləşmə ərazisi ilkin vakansiya elanında konfidensial saxlanılır. Müvafiq məlumat seçimin növbəti mərhələsində namizədlə müzakirə ediləcəkdir.