Tur Koordinatoru / Operatoru (Tour Operator) - Experiencesrome

Местоположение: Bakı

İş rejimi: Tam iş günü  Vəzifə Öhdəlikləri Gündəlik tur cədvəllərinin və rezervasiya təqvimlərinin, dəqiq idarə edilməsi. Bron platformalarından (OTA kanalları) gələn rezervasiyaların sistemə vaxtında daxil edilməsi və dəqiqliyinin yoxlanılması. Tur vaxtlarının, marşrutların və nəqliyyat/bələdçi bölgüsünün qonaq sayına uyğun nizamlanması. Sahədə çalışan sürücülər, bələdçilər və fotoqraflar ilə müştəri xidmətləri komandası arasında operativ koordinasiyanın qurulması. Qonaqların gecikməsi, hava şəraiti və ya yol hərəkəti məhdudiyyətləri kimi gözlənilməz hallarda dərhal həll yolları tapmaq və qrafikdə dəyişikliklər etmək. Rezervasiya qeydlərinin, təqvim inteqrasiyalarının və gündəlik hesabatların düzgün aparılmasını təmin etmək. Tələblər Turizm və ya əməliyyatların idarə edilməsi (operations) sahəsində təcrübə. Dəqiq və operativ qərarvermə bacarığı; eyni anda bir neçə prosesi nəzarətdə saxlamaq bacarığı. İngilis dili yaxşı səviyyədə (işçi heyət və qonaq koordinasiyası üçün zəruridir). Cədvəllər, Excel /Calendar və rezervasiya platformaları ilə işləmək vərdişləri. Yüksək məsuliyyət hissi və gərgin iş rejimində operativliyi qorumaq bacarığı. Nə Təklif Edirik? Sabit aylıq əməkhaqqı: 600 AZN Performansdan asılı olan aylıq bonus sistemi Dinamik və beynəlxalq mühitdə real əməliyyat təcrübəsi Komanda ilə sıx əməkdaşlıq və peşəkar inkişaf imkanları Ofis: Arena Plaza İş saatları: 09:00-18:00 Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .