Texniki ofis mühəndisi - GM Construction

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Layihə üzrə daxil olan çertyoj, spesifikasiya, texniki şərt və digər sənədləri qəbul edir, təhlil edir və aidiyyəti şəxslərə təqdim edir; Layihə sənədlərinin sistemləşdirilməsini, qeydiyyatını və arxivləşdirilməsini təmin edir; Layihə sənədlərində olan texniki məlumatları təhlil edir və zəruri hallarda aidiyyəti mühəndislərlə müzakirə edir; Layihə sənədlərində aşkar edilmiş uyğunsuzluqlar, ziddiyyətlər və çatışmazlıqlar barədə rəhbərliyi və aidiyyəti şəxsləri məlumatlandırır; Layihə dəyişikliklərinin və reviziyaların qeydiyyatını aparır və aktual layihə versiyasının istifadəsinə nəzarət edir; Sahəyə təqdim edilən texniki sənədlərin aktual versiyada olmasını təmin edir; İşlərin icrası üçün tələb olunan texniki sənədlərin hazırlanmasında iştirak edir. Namizədə tələblər: Cins: kişi; Yaş həddi: 25-40; Müvafiq vəzifə üzrə azı 2 il iş təcrübəsi; Ali təhsil (Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə); Məsuliyyətli; İdarəetmə bacarığı; Problem həlletmə və analitik düşünmə qabiliyyəti; Konfidensiallığı qoruyub saxlamaq bacarığı; İşgüzar ünsiyyət və komandada işləmə bacarığı; MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.   İş şəraiti: İş yeri: Şuşa şəhəri; İş rejimi: 6 günlük; Yemək və qalmaq yeri ilə təmin olunma; Korporativ nömrə ilə təmin olunma; Əmək haqqı razılaşma əsasında. Yalnız yuxarıda göstərilən tələblərə uyğun namizədlərin CV-lərini (yalnız Azərbaycan dilində) Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur. Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.