Yüklənir...
Местоположение: Bakı
Grand Catering QSC vakansiya elan edir - Operator axtarışındayıq. Anbar və logistika sahəsində inkişaf etmək, məhsulların düzgün qəbulu, saxlanması və uçotu proseslərində iştirak etmək və peşəkar komandada çalışmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Anbara daxil olan mal-materialların qəbulunu və sənədlər üzrə yoxlanılmasını həyata keçirmək. Mal-materialların miqdarını, çeşidini və nomenklaturasını yoxlamaq. Qəbul, təhvil-təslim, məxaric və digər anbar sənədlərinin düzgün rəsmiləşdirilməsini təmin etmək. Anbara daxil olan və anbardan çıxarılan məhsullar barədə məlumatları müvafiq sistemə daxil etmək. Anbar qalığının gündəlik uçotunu aparmaq və məlumatların sistemdə düzgün əks olunmasını təmin etmək. Mal-materialların müəyyən edilmiş qaydalara uyğun yerləşdirilməsini və saxlanılmasını təşkil etmək. Məhsulların çeşidlənməsi, markalanması və düzgün ünvanlaşdırılmasına nəzarət etmək. Anbardan mal-materialların buraxılışını təsdiqedici sənədlər əsasında həyata keçirmək. Sifarişlərə uyğun olaraq məhsulların yığılması və aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmək. Anbar üzrə inventarizasiya proseslərində iştirak etmək və faktiki qalıqların uçot məlumatları ilə üzləşdirilməsini aparmaq. Çatışmazlıq, artıqgəlmə, uyğunsuzluq və zədələnmə halları barədə rəhbərliyə məlumat vermək. Mal-materialların saxlanma müddətlərinə və saxlanma şəraitinə nəzarət etmək. Anbarın səliqəli, təhlükəsiz və iş üçün yararlı vəziyyətdə saxlanılmasını təmin etmək. Anbar əməliyyatları ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək. Anbar üzrə sənədlərin və elektron məlumatların düzgün və vaxtında arxivləşdirilməsini təmin etmək. Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət etmək. Rəhbərliyin səlahiyyətləri çərçivəsində verdiyi digər tapşırıqları yerinə yetirmək. Tələblər: Ali təhsil Anbar operatoru olaraq minimum 1 il iş təcrübəsi Azərbaycan dili – əla MS Office proqramlarında və 1C 8.3 işləmək bacarığı Diqqətlilik və detallara yönümlülük Məsuliyyətli və operativ yanaşma Sizə nə təklif edirik? Şirkət tərəfindən təmin olunan nahar Korporativ mobil nömrə və danışıq paketi Peşəkar inkişaf və karyera imkanları Dinamik və inkişafyönümlü iş mühiti Ünvan: Bakı şəhəri, Nobel prospekti Əmək haqqı: 800 AZN - NET Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.