Project Assistant - ITech Group

Местоположение: Bakı

Vəzifə öhdəlikləri Layihə rəhbərinə layihələrin planlaşdırılması və icrası prosesində dəstək göstərilməsi; Layihələr üzrə gündəlik işlərin koordinasiyası və icra vəziyyətinin izlənilməsi; Texniki heyət, podratçılar və təchizatçılarla operativ əlaqənin təmin edilməsi; Layihə obyektlərinə səfərlərin həyata keçirilməsi və görülən işlərin yerində izlənilməsi; Avadanlıq və materialların sifariş, təchizat və çatdırılma proseslərinə nəzarət edilməsi; Layihə sənədlərinin, iş qrafiklərinin və hesabatların hazırlanması; Tapşırıqların müəyyən edilmiş müddətdə icrasının izlənilməsi; Yaranan texniki və təşkilati məsələlərin həllində layihə rəhbərinə dəstək göstərilməsi. Namizədə tələblər Ali təhsil (texniki və mühəndislik ixtisaslarına üstünlük verilir); Müvafiq sahədə minimum 1 il iş təcrübəsi üstünlükdür; IT infrastrukturu və zəif axın sistemləri haqqında ilkin texniki biliklər; MS Office proqramları ilə işləmək bacarığı; Texniki sənədlərlə işləmək və hesabat hazırlamaq bacarığı; Güclü təşkilatçılıq və koordinasiya bacarıqları; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; Komandada işləmək və problemləri çevik həll etmək bacarığı; B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi üstünlükdür; Layihə obyektlərinə mütəmadi səfər etməyə hazır olmaq. Əməkhaqqı 700 - 900 Azn Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.