Местоположение: Bakı
Jet Sharing — şəhər daxilində elektrik skuterlərinin icarə xidmətini inkişaf etdirən beynəlxalq şirkətdir və komandaya gündüz növbəsinə şəxsi avtomobili olan sürücü (akkumulyatorların dəyişdirilməsi üzrə) axtarır . Vəzifə öhdəlikləri Təsdiqlənmiş marşrut üzrə şəhər daxilində elektrik skuterlərinin akkumulyatorlarının vaxtında çatdırılması və dəyişdirilməsi. Biz kimi axtarırıq? Aşağıdakı xüsusiyyətlərə malik məsuliyyətli əməkdaş axtarırıq: Şəhəri yaxşı tanıyan; Fiziki aktivliyə hazır olan. Biz nə təklif edirik Rəsmi əməkdaşlıq; Karta ödənilən əməkhaqqı 1600–2500 AZN; İş vaxtı: 6/1, saat 10:00–19:00; Aydın tapşırıqlar və qurulmuş iş prosesləri; Stabil və inkişaf edən şirkətdə iş imkanı. Vakansiya sizi maraqlandırırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.