Местоположение: Bakı
Komandamıza yaradıcı düşüncəyə sahib, video çəkilişi və montaj sahəsində təcrübəli Montajçı / Videoqraf axtarırıq. Vəzifə öhdəlikləri Sosial media üçün müxtəlif formatlarda video çəkilişlərinin həyata keçirilməsi; Çəkilmiş video materialların seçilməsi, kəsilməsi və montaj edilməsi; Reels, TikTok, Shorts və digər sosial media formatları üçün qısa və dinamik videoların hazırlanması; Videolarda kreativ keçidlər, effektlər, animasiyalar və digər montaj elementlərindən istifadə edilməsi; Video və audio materialların keyfiyyətli şəkildə işlənməsi; Səs, musiqi və digər audio elementlərin videoya uyğunlaşdırılması; Hazırlanan videoların sosial media platformalarının format və tələblərinə uyğunlaşdırılması; Çəkiliş zamanı kadr, işıq, səs və görüntü keyfiyyətinə diqqət yetirilməsi; Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək; Namizədə tələblər Videqoqraf sahəsində minimum 3 il iş təcrübəsi Video çəkilişi və montaj sahəsində praktiki biliklər; Adobe Premiere Pro, Adobe After Effects, DaVinci Resolve, CapCut və ya digər montaj proqramlarından yaxşı səviyyədə işləmək bacarığı; Videoları düzgün kəsib-doğramaq, ritmə uyğun montaj etmək və maraqlı süjet yaratmaq bacarığı; Sosial media üçün baxımlı və dinamik videolar hazırlamaq bacarığı; Kadr quruluşu, işıqlandırma və video çəkiliş prinsipləri haqqında anlayış; Audio və video sinxronizasiyası üzrə bacarıq; Media, radio, televiziya və ya xəbər sahəsində iş təcrübəsinin olması Verilən tapşırıqları vaxtında icra etmək; Komanda ilə işləmək və verilən geri dönüşlərə uyğun düzəlişlər etmək; Vakansiya ilə maraqlanan namizədlər CV və portfolio/linklərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.