Местоположение: Bakı
Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli donut brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil olur. Qlobal brendin bir hissəsi olmaq və brendin uğur yolunda birgə addımlamaq istəyirsinizsə, komandamızda sizi görməkdən məmnun olarıq. İşəgötürən: Krispy Kreme mağazalar şəbəkəsi Namizədə aid tələblər: Azərbaycan dili - mükəmməl; Qida istehsalı sahəsində iş təcrübəsinin olması arzuolunandır; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Komandada işləmək bacarığına malik olmaq; Yeni bilik və bacarıqları öyrənmək bacarığı; Karyera qurmaq və inkişaf etmək istəyi. Əsas vəzifə öhdəlikləri: Donutların hazırlanması üçün xəmir, qlazur, krem və müxtəlif içliklərin hazırlanmasında iştirak edilməsi; Reseptlərə və müəyyən edilmiş istehsal standartlarına uyğun olaraq xammalın ölçülməsi və çəkilməsi; İstehsal prosesinin müəyyən edilmiş qrafikə uyğun həyata keçirilməsi; Mayalanma kamerası, fritöz və digər istehsalat avadanlıqlarının düzgün və təhlükəsiz işləməsinə nəzarət edilməsi; Hazır məhsulların görünüşünün, keyfiyyətinin və müəyyən edilmiş standartlara uyğunluğunun yoxlanılması; Zərurət olduqda məhsulların qablaşdırılmasında iştirak edilməsi; Xammaldan səmərəli istifadə edilməsi və istehsalat tullantılarının minimuma endirilməsi; İstehsal göstəricilərinin qeydə alınması və xammal ehtiyatlarının vaxtında tamamlanmasına dəstək göstərilməsi; Avadanlıqlarda yaranan nasazlıqların müəyyən edilməsi, bu barədə rəhbərliyə məlumat verilməsi və texniki xidmət prosesinə dəstək göstərilməsi; İş yerində təmizliyin qorunması, sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət edilməsi. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş rejimi: 5 günlük, növbəli iş qrafiki; Saatlıq əmək haqqı; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Briqada üzvü-bişirici ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.