Yüklənir...
Местоположение: Bakı
Vəzifə Öhdəlikləri: Müəssisənin KİS-inin tətbiqini, saxlanılmasını və təkmilləşdirilməsini qüvvədə olan qanunvericilik, tətbiq olunan standartlar və müəssisədaxili prosedurlar əsasında təşkil və koordinasiya etmək. SOP, prosedur, təlimat, forma, şablon və digər keyfiyyət sənədlərinin hazırlanmasını, yenilənməsini, dövri baxışını, versiya nəzarətini, paylanmasını və arxivləşdirilməsini həyata keçirmək. Şirkətdaxili proseslərin təsdiq edilmiş prosedurlara uyğunluğunu izləmək; uyğunsuzluq və kənaraçıxmaları qeydiyyata almaq, araşdırmaq və kök səbəb analizini koordinasiya etmək. CAPA tədbirlərinin müəyyən edilməsi və hazırlanmasını koordinasiya etmək, icra müddətlərini izləmək, tədbirlərin effektivliyini qiymətləndirmək və bağlanmasını prosedura uyğun sənədləşdirmək. Dəyişikliklərin idarə olunması (Change Control) prosesini koordinasiya etmək, dəyişikliklərin keyfiyyətə təsirinin qiymətləndirilməsində iştirak etmək və icrasını izləmək. Keyfiyyət risklərini və imkanlarını müəyyən etmək, qiymətləndirmək və izləmək; risklərin idarə olunmasına dair qeydlərin aktual saxlanılmasını təmin etmək. Daxili audit və özünüyoxlamaları planlaşdırmaq, təşkil etmək və keçirilməsində iştirak etmək; audit hesabatlarını hazırlamaq və müəyyən edilmiş uyğunsuzluqlar üzrə tədbirləri izləmək. Müştəri, tərəfdaş və digər xarici auditlərə hazırlığı koordinasiya etmək, tələb olunan keyfiyyət sənədlərini hazırlamaq və audit nəticələri üzrə tədbirlərin izlənilməsini təmin etmək. Əməkdaşların QMS, SOP və digər keyfiyyət mövzuları üzrə təlim ehtiyaclarını müəyyən etmək, təlimləri təşkil etmək, təlim matrisini və qeydləri aktual saxlamaq və SOP-larla tanışlığı izləmək. Xarici xidmət təminatçıları, autsorsinq tərəfdaşları və zəruri hallarda təchizatçıların keyfiyyət baxımından ilkin qiymətləndirilməsi, seçimi, monitorinqi və təkrar qiymətləndirilməsində iştirak etmək və nəticələri sənədləşdirmək. Müştəri şikayətləri, xidmət keyfiyyəti üzrə iradlar və müştəri məmnuniyyəti ilə bağlı məlumatların qeydiyyatını, araşdırılmasını və monitorinqini təşkil etmək. Dərman vasitələrinin qeydiyyatı, farmakonəzarət və digər konsaltinq xidmətləri üzrə daxili proseslərin və sənəd dövriyyəsinin müəyyən edilmiş prosedurlara uyğunluğunu izləmək; aidiyyəti şöbələrlə keyfiyyət məsələləri üzrə əməkdaşlıq etmək. Keyfiyyət göstəricilərini toplamaq və təhlil etmək, illik keyfiyyət qiymətləndirməsini və dövri hesabatları hazırlamaq; Management Review üçün məlumatları toplamaq, prosesi sənədləşdirmək, resurs ehtiyaclarını və təkmilləşdirmə təkliflərini Baş direktora təqdim etmək. KİS-ə aid qanunvericilik, standart, metodiki sənəd və yaxşı təcrübələrdə dəyişiklikləri izləmək, zəruri yeniliklər barədə Baş direktora məlumat vermək və vəzifə funksiyası çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Tələb Olunan Bilik və Bacarıqlar: QMS, ISO 9001 və sənəd idarəetmə prinsipləri üzrə bilik; SOP, prosedur, forma və digər keyfiyyət sənədlərinin hazırlanması və yenilənməsi bacarığı; CAPA, deviation/non-conformity, Change Control və Risk Management prosesləri üzrə bilik; Daxili audit və özünüyoxlamaların aparılması, hesabat və CAPA planlarının hazırlanması bacarığı; Kök səbəb analizinin aparılması və uyğunsuzluqların izlənilməsi bacarığı; Təlim və sənəd qeydlərinin idarə olunması bacarığı; Əczaçılıq, dərman qeydiyyatı və farmakonəzarət prosesləri haqqında ümumi anlayış; MS Office və elektron sənəd sistemləri ilə işləmək bacarığı; Azərbaycan dili sərbəst, ingilis dili minimum B1–B2 səviyyəsində; rus dili üstünlükdür; Analitik düşüncə, detallara diqqət, məsuliyyətlilik və son tarixlərlə işləmək bacarığı. Təklif Edilir: Peşəkar inkişafı dəstəkləyən iş mühiti və keyfiyyət sisteminin təkmilləşdirilməsi üzrə layihələrdə iştirak imkanı; Nəticələrə əsaslanan şəffaf KPI və bonus sistemi; Fərdi inkişaf planı çərçivəsində təlim və peşəkar inkişaf imkanları; İş qrafiki: həftədə 5 iş günü. İş saatları: 09:00–18:00; alternativ olaraq 08:00–17:00 və ya 08:30–17:30; Əmək haqqı namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan formu dolduraraq müraciət edə bilərlər.