Yüklənir...
Местоположение: Bakı
Struktur bölmə: Satış departamenti – Sahibkarlarla iş şöbəsi Vəzifə öhdəlikləri: Sahibkarlıq subyektləri üzrə mürəkkəb və yüksək potensiallı müştəri imkanlarını müəyyən etmək, satış strategiyasının şöbə hədəflərinə uyğun icrasına töhfə vermək; Müştərinin biznes modelini, əmlakını və əsas risklərini təhlil edərək kompleks biznes sığorta həllərinin formalaşdırılmasını və təqdim edilməsini koordinasiya etmək; İri və strateji əhəmiyyətli sahibkarlarla danışıqları aparmaq, kommersiya şərtlərinin razılaşdırılmasında və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasında iştirak etmək; Mürəkkəb risklər üzrə Anderraytinq və digər aidiyyəti bölmələrlə işin koordinasiyasını, tələb olunan məlumatların tamlığını və prosesin vaxtında aparılmasını təmin etmək; Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi; Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması; Satış göstəricilərini təhlil etmək, bazar və məhsul ehtiyacları üzrə təkliflər hazırlamaq. Namizədə olan tələblər: Ali təhsil; İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır; MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı; Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları; Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük; Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə. İş şərtləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək); İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A ; Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. İmtiyazlar: Karyera və peşəkar inkişaf üçün imkanlar; Peşəkar komandada işləmək imkanı; Tibbi sığorta təminatı; Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük. Zəhmət olmasa, mövzu bölməsində “Sahibkarlarla iş üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.