Местоположение: Bakı
“Merkuri” Bank Olmayan Kredit Tə ş kilat ı “ Layihələrin İdarə Olunması üzrə Menecer (PMO Manager)” vakansiyas ı üçün müsabiq ə y ə d ə v ət edir. Vəzifə öhdəlikləri: Layihələrin planlaşdırılması, təşkili və icrasına nəzarət etmək; Layihə üzrə iş qrafiklərini və icra planlarını hazırlamaq; Layihənin vaxtında və müəyyən edilmiş tələblərə uyğun icrasını təmin etmək; Komanda üzvləri arasında iş bölgüsü aparmaq və onların fəaliyyətini koordinasiya etmək; Müştəri, tərəfdaş və digər əlaqəli şəxslərlə kommunikasiya aparmaq; Layihə üzrə sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək; Layihənin büdcəsinə və resurslarına nəzarət etmək; Yaranan problemləri operativ şəkildə müəyyənləşdirmək və həll yolları təklif etmək; Layihənin nəticələri üzrə yekun hesabatların hazırlanmasında iştirak etmək. Namizədə tələblər: Ali təhsil; Layihələrin idarə olunması sahəsində iş təcrübəsi; Planlaşdırma, təşkilatçılıq və koordinasiya bacarığı; Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel və Word-də yaxşı işləmək bacarığı; Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı. Agile və Waterfall metodologiyaları üzrə bilik Liderlik, analitik düşüncə və effektiv ünsiyyət bacarıqları Hazır cv formalarınızı Mövzu/Subject bölməsinə “PMO Manager” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.