Местоположение: Bakı
Odontos şirkəti “Daxili auditor” vakansiyası elan edir. İş haqqında məlumat: Şirkətin bütün struktur bölmələrinin fəaliyyətinin daxili auditini həyata keçirmək; Satış proseslərini, satış əməliyyatlarını və müştərilərlə hesablaşmaları yoxlamaq; Satış sənədlərinin, müqavilələrin, sifarişlərin və fakturaların düzgünlüyünü yoxlamaq; Satış qiymətlərinə, endirimlərə və satış şərtlərinə riayət olunmasına nəzarət etmək; Satış planlarının icrasını və satış göstəricilərini təhlil etmək; Anbar qalıqlarının, mal dövriyyəsinin və məhsul hərəkətinin yoxlanılmasında iştirak etmək; Kassa əməliyyatlarını, ödənişləri və debitor borclarını yoxlamaq; Şirkətin maliyyə və əməliyyat proseslərinin daxili prosedurlara uyğunluğunu qiymətləndirmək; Mövcud riskləri və nöqsanları müəyyən etmək, onların aradan qaldırılması üçün təkliflər vermək; Audit nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr vermək. İş şəraiti İş saatı: 09:00-18:00 İş qrafiki – 6 gün (həftə içi - 09.00 - 18.00, şənbə günü – 09.00 – 14.00) Namizədə qoyulan tələblər: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil; Daxili audit, maliyyə və ya mühasibatlıq sahəsində iş təcrübəsi; Satış və anbar əməliyyatlarının yoxlanılması üzrə biliklər; MS Excel və 1C proqramları üzrə biliklər; Analitik düşünmə, diqqətlilik və problem həll etmə bacarığı; Obyektivlik, məsuliyyətlilik və detallara diqqət. Yaş: 25– 45 İş təcrübəsi: 3 ildən çox Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .