Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanması; Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi (1-ci müdafiə səviyyəsi ilə iş); Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin, dəstəklənməsi və onların yerinə yetirilməsi; Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsi; Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi; Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi; Təşkilati riski iştahasının və hədlərinin monitorinq edilməsi və müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması; Dövri hesabatlığın hazırlanması; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar. Tələblər Tələb olunan bilik, bacarıq və təcrübə Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi; İş təcrübəsi: Risk, audit, daxili nəzarət və ya müvafiq sahə üzrə minimum 1 ilə qədər iş təcrübəsi arzu olunandır; Lisenziya/ Sertifikat: Risklərin idarə edilməsi üzrə sertifikasiya/təlim proqramlarını bitirənlərə üstünlük verilir; Xarici dil: İngilis dili (səlis); Kompüter bilikləri: Microsoft Office. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.