Yüklənir...
Местоположение: Bakı
Rahat Supermarketlər şəbəkəsi Xərclərə nəzarət üzrə mühasib (Retail) vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri Ay bağlanışı prosesində iştirak etmək, gəlir və xərclərin düzgün hesabat dövrünə aid edilməsini yoxlamaq; Mağazalar və xərc mərkəzləri üzrə xərclərin düzgün uçotunun aparılmasına nəzarət etmək; Mal alışları, daşınma və digər əlaqəli xərclərin məhsulların maya dəyərinə düzgün daxil edilməsini yoxlamaq; Satışların maya dəyərini, ümumi mənfəəti və marjanı mağazalar və məhsul kateqoriyaları üzrə təhlil etmək; Endirim, kampaniya və qaytarmaların maliyyə nəticələrinə təsirini qiymətləndirmək; Mal qalıqları, silinmələr, itkilər və inventarizasiya fərqlərini təhlil etmək, aşkar edilmiş uyğunsuzluqların səbəblərini araşdırmaq; Təchizatçı bonusları və alış endirimlərinin düzgün uçota alınmasını yoxlamaq; İcarə, kommunal, logistika və digər əməliyyat xərclərini büdcə göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları təhlil etmək; Mühasibat hesabları üzrə üzləşdirmələr aparmaq və aylıq idarəetmə hesabatlarının hazırlanmasında iştirak etmək; Xərclərin optimallaşdırılması imkanlarını müəyyənləşdirmək və müvafiq təkliflər hazırlamaq; Büdcələmə, inventarizasiya və daxili nəzarət proseslərinin təkmilləşdirilməsində iştirak etmək. Namizədə dair tələblər Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil; Mühasibat uçotu və ya xərclərə nəzarət sahəsində minimum 2 il iş təcrübəsi; Pərakəndə satış sektorunda iş təcrübəsinə üstünlük verilir; Ay bağlanışı, mal-material uçotu və maya dəyərinin hesablanması üzrə praktiki biliklər; MS Excel proqramında yaxşı işləmək bacarığı; Mikro və ya digər ERP sistemləri ilə iş təcrübəsi; Analitik düşüncə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı; Hesabatların vaxtında və dəqiq hazırlanmasını təmin etmək bacarığı. Əlavə üstünlüklər ACCA F2 (Management Accounting), F3 (Financial Accounting) və F7 (Financial Reporting) imtahanlarını uğurla vermiş namizədlərə üstünlük verilir; Pərakəndə satış şəbəkələrində maya dəyəri, marja və əməliyyat xərclərinin təhlili üzrə təcrübə; İdarəetmə hesabatlarının hazırlanması və daxili nəzarət proseslərində iştirak təcrübəsi. İş şərtləri İş yeri: Rahat Supermarketlər şəbəkəsi İş qrafiki: 5 günlük iş həftəsi Əmək haqqı: Namizədin bilik və bacarıqları, iş təcrübəsi və vəzifəyə uyğunluğu nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Cost Controller / Xərclərə nəzarət üzrə mühasib” (Retail) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.