Sürücü (Tibbi Sahə) - Sağlam Həyat C.A MMC

Местоположение: Bakı

İş haqqında məlumat: Təhkim olunmuş nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamaq və təhlükəsiz idarə etmək; Yüklərin avtomobilə yüklənməsi, təyinat məntəqəsinə çatdırılması, boşaldılması və yerləşdirilməsi; Verilmiş sənədlərin və digər əşyaların təyinatı üzrə çatdırılması və təhvil verilməsi; Ortaya çıxan və çıxa biləcək problemlər haqqında vaxtında rəhbərliyi məlumatlandırmaq; Nəqliyyat vasitəsinin təmizliyinə, texniki baxışına daim nəzarət edilməsi; Rayonlara ezam getmək; Gördüyü işlərlə bağlı ay sonunda hesabatların verilməsi. Tələblər: Hərbi xidmətdən keçmiş şəxslərə üstünlük verilir; Minimum tam orta təhsil; Nizam-intizamlı və işi tez qavrama qabiliyyətinin olması; Səliqəli xarici görünüş (təraş olunmuş üz, səliqəli saç); Sahə üzrə təcrübəsi olanlara üstünlük verilir; Şəhəri yaxşı tanımalı; Sürücülük vəsiqəsi B,C kateqoriyası; Yaş həddi 25-35. İş şərtləri: Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə. İş vaxtı: Həftədə 5 gün saat 09:00-dan 18:00-a dək, nahar fasiləsi 13:00-14:00. Əmək haqqı: 700 Azn Əlavə iş saatları olduğu halda, əmək haqqına əlavə ödənilir. İş yeri: Bakı, Nərimanov rayonu. Uyğun namizədlər Cv-lərini   Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Uyğun namizədlə əlaqə saxlanılacaq.