Местоположение: Bakı
Komandamız yaradıcı, operativ və məsuliyyətli Marketinq Mütəxəssisi axtarır. Vəzifə öhdəlikləri: Şirkətin ümumi marketinq strategiyasını hazırlamaq və icrasında iştirak etmək; Şirkətin məhsullarının bazarda tanıdılması və satışının dəstəklənməsi üçün effektiv marketinq həlləri hazırlamaq; Bazarın, müştəri davranışlarının, rəqiblərin və bazar tendensiyalarının mütəmadi araşdırılmasını həyata keçirmək; Məhsul və brendin bazardakı mövqeyinin gücləndirilməsi istiqamətində təkliflər hazırlamaq; Reklam, kampaniya, aksiya və digər marketinq layihələrinin planlaşdırılması və icrasını təşkil etmək; Reklam kampaniyalarının effektivliyini izləmək, nəticələri analiz etmək və inkişaf istiqamətləri müəyyənləşdirmək; Mövcud və potensial müştərilərin ehtiyaclarını və gözləntilərini analiz edərək marketinq fəaliyyətlərini buna uyğun formalaşdırmaq; Marketinq materiallarının hazırlanması və müxtəlif kommunikasiya kanallarında düzgün istifadəsini təmin etmək; SMM mütəxəssisi ilə daim əlaqədə olmaq, kontent planının və gündəlik marketinq fəaliyyətlərinin koordinasiyasını həyata keçirmək; Sosial media kanallarından daxil olan sual, müraciət və sorğuların operativ şəkildə cavablandırılmasını və aidiyyəti üzrə yönləndirilməsini təmin etmək; SMM üçün məhsullar, kampaniyalar, aksiyalar və digər marketinq fəaliyyətləri ilə bağlı zəruri məlumatları vaxtında təqdim etmək; Dizayn materiallarının hazırlanması və təkmilləşdirilməsində iştirak etmək; Çap məhsulları, reklam bannerləri, promo materialları, təqdimatlar və digər marketinq materiallarının hazırlanması prosesini koordinasiya etmək; Televiziya kanalları, verilişlər, media qurumları, tədbir təşkilatçıları və digər tərəfdaşlarla əməkdaşlıq imkanlarını araşdırmaq və əlaqələr qurmaq; Şirkətə əməkdaşlıq, reklam, televiziya verilişlərində iştirak və digər media layihələri ilə bağlı daxil olan müraciətləri qəbul etmək, qiymətləndirmək və rəhbərliyə təqdim etmək; Satış şöbəsi ilə sıx əməkdaşlıq edərək satışların artırılmasına yönəlmiş marketinq layihələri hazırlamaq; Marketinq büdcəsinin səmərəli istifadəsinə nəzarət etmək; Görülmüş işlər və kampaniyaların nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Şirkətin inkişafına töhfə verəcək yeni marketinq ideyaları və layihələr irəli sürmək. Namizədə tələblər Yaş: 25-45 Cins: qadın, kişi Marketinq sahəsində minimum 1-2 il iş təcrübəsi; Marketinq strategiyası, reklam və brendinq üzrə biliklər; SMM və rəqəmsal marketinq haqqında praktiki anlayış; Adobe məhsulları ilə işləmə bacarığı; Bazar və rəqib analizlərini aparmaq bacarığı; Analitik və kreativ düşüncə; Güclü kommunikasiya və təşkilatçılıq bacarığı; Operativ və çevik işləmək bacarığı; Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq. İş şəraiti Əmək haqqı: 1000 Azn İş qrafiki: 5 günlük iş həftəsi. Ünvan: Bakı şəhəri, Lökbatan ŞTQ, Sədərək TM-nin çıxışı. Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “marketinq mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.