Yüklənir...
Местоположение: Bakı
Port Baku ərazisində fəaliyyət göstərəcək premium konseptli Art Studio üçün Rəssam-müəllim vəzifəsinə əməkdaşlar axtarılır. Vəzifə öhdəlikləri: Uşaqlar və böyüklər üçün rəsm və rəngkarlıq dərslərinin keçirilməsi; Müxtəlif rəsm texnikalarının və bədii üslubların tədrisi; Peşəkar və yaradıcı master-klassların təşkili və keçirilməsi; Müxtəlif yaş qrupları üçün dərs proqramlarının hazırlanması; Mənzərə (Landscape), natürmort (Still Life), portret (Portrait), abstrakt (Abstract Art) və dekorativ sənət (Decorative Art) istiqamətlərində dərslərin keçirilməsi; Akvarel, akril, yağlı boya, quaş, pastel və digər rəsm materialları ilə işləmək; Teksturalı rəngkarlıq (Texture Art), mastixin texnikası və qarışıq texnikaların (Mixed Media) tətbiqi; Dekorativ əşyaların, bədii kompozisiyaların və yaradıcı əl işlərinin hazırlanması; Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin və bədii bacarıqlarının inkişaf etdirilməsi; Studiyada yaradıcı, komfortlu və peşəkar mühitin təmin edilməsi; Tematik tədbirlərin, xüsusi master-klassların və digər yaradıcı layihələrin təşkilində iştirak. Namizədə tələblər: Təsviri incəsənət, rəngkarlıq, dekorativ-tətbiqi sənət və ya müvafiq sahə üzrə ali və ya peşə təhsili; Müxtəlif rəsm və rəngkarlıq texnikaları üzrə peşəkar bilik və praktiki bacarıqlar; Uşaqlar və böyüklərlə işləmək bacarığı; Yaradıcı düşüncə, ünsiyyət və təqdimat bacarıqları; Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlükdür; Məsuliyyətli, kreativ və təşəbbüskar olmaq. Əlavə tələblər: İncəsənət sahəsində təhsil diplomunun və müvafiq peşəkar sertifikatların olması; Namizədin özünə məxsus rəsm əsərlərindən ibarət portfolio təqdim etməsi (məcburidir); Bədii bacarıqları təsdiq edən iş nümunələrinin (Proof of Artistic Skills) təqdim edilməsi; Sərgilərdə, müsabiqələrdə və yaradıcı layihələrdə iştirak təcrübəsi üstünlükdür; Müəllimlik təcrübəsi arzuolunandır. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.