Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək; Maliyyə məlumatlarının toplanması, sistemləşdirilməsi və düzgünlüyünün yoxlanılmasına dəstək göstərmək; Balans hesabatı (BS), mənfəət və zərər hesabatı (P&L) və pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması prosesində iştirak etmək; Microsoft Excel vasitəsilə maliyyə məlumatlarını emal etmək və hesabatların hazırlanmasına dəstək göstərmək; Faktiki maliyyə göstəricilərinin büdcə göstəriciləri ilə müqayisəli təhlilində iştirak etmək; Daxili idarəetmə və requlyativ hesabatların hazırlanması üçün zəruri məlumatları toplamaq və sistemləşdirmək; Məhsullar və satış kanalları üzrə maliyyə göstəricilərinin təhlilinə dəstək göstərmək; Daxili və kənar audit prosesləri çərçivəsində tələb olunan məlumatların hazırlanmasında iştirak etmək; Hesabatlarda məlumatların tamlığına, düzgünlüyünə və ardıcıllığına nəzarət etmək; Hesabatların avtomatlaşdırılması və iş proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Vəzifə üzrə tələblər Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil almaq və ya sonuncu kurs tələbəsi olmaq; Mühasibat uçotu və maliyyə hesabatları üzrə biliklərə malik olmaq; Microsoft Excel proqramı üzrə biliklərinə malik olmaq; Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı; Diqqətlilik, məsuliyyətlilik və detallara həssas yanaşma; Komandada işləmək və yeni bilikləri mənimsəmək bacarığı; Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq. IFRS üzrə biliklərə malik olmaq üstünlükdür; İngilis dili biliyi üstünlükdür; Maliyyə hesabatlarının hazırlanması və Excel ilə işləmək üzrə praktiki təcrübəyə malik olmaq üstünlükdür. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.