Yüklənir...
Местоположение: Bakı
Alten Group MMC komandamıza Zəif axın mühəndisi axtarırıq. Vəzifə öhdəlikləri Zəif cərəyan sistemləri üzrə layihələrin hazırlanması; CCTV, Access Control, Intercom, Intrusion Alarm, Fire Alarm, SCS, Data & Voice, Wi-Fi, PA/VA, SMATV/IPTV, BMS və digər sistemlərin layihələndirilməsi; Avadanlıq seçimi, kabel marşrutları və avadanlıq yerləşimlərinin hazırlanması; Sistemlərarası inteqrasiya və Cause & Effect sənədlərinin hazırlanması; AutoCAD-də plan, sxem, kabel marşrutu, Riser və Rack Layout-ların hazırlanması; BOQ, Material Take-Off, Cable Schedule, Equipment Schedule və texniki spesifikasiyaların hazırlanması; Shop Drawing və As-Built layihələrin hazırlanması; Memarlıq, elektrik, HVAC, plumbing və digər MEP bölmələri ilə koordinasiya; Sifarişçi, layihəçi və sahə komandası ilə texniki məsələlərin koordinasiyası. Namizədə tələblər Ali texniki təhsil - Elektrik, Elektronika, Telekommunikasiya, Avtomatika və ya əlaqəli ixtisas. Zəif cərəyan sistemlərinin layihələndirilməsi üzrə praktiki iş təcrübəsi ( minimum 2-3 il iş təcrübəsi) AutoCAD - yüksək səviyyədə; Texniki çertyoj və layihə sənədlərinin hazırlanması üzrə bacarıq; BOQ və material spesifikasiyalarının hazırlanması üzrə təcrübə; IEC, EN, NFPA, ISO/IEC 11801, TIA/EIA və müvafiq yerli normativlər üzrə bilik; Revit MEP bilikləri üstünlükdür; MS Office, xüsusilə Excel və Word üzrə yaxşı istifadə bacarığı; Analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı. İş şərtləri İş qrafiki: 6 günlük iş həftəsi İş saatları: 08:00–17:00 Nahar: Şirkət tərəfindən təmin edilir Ünvan: Bakı şəhəri, Elmlər Akademiyası metrosunun çıxışı. Layihə: “Abşeron Vadisi İnnovasiya Klasteri" Əməkhaqqı : Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə nəticəsində müəyyən ediləcək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.