Təmizlik işləri üzrə texniki işçi - Alterum MMC

Местоположение: Bakı

Alterum MMC Təmizlik işləri üzrə texniki işçi vakansiyası elan edir Əsas vəzifə öhdəlikləri: Ofislərin və sanitar qovşaqların gündəlik təmizliyinin təmin edilməsi;  İclas otaqları, restoran, lobi, lift və digər ümumi istifadə sahələrinin təmizlənməsi;  Otaqların, dəhlizlərin, pilləkənlərin və digər sahələrin mop, tozsoran, döşəmə təmizləyici və digər təmizlik avadanlıqlarından istifadə etməklə təmizlənməsi;  Həftə sonları ümumi təmizlik işlərinin həyata keçirilməsi;  Təmizlik avadanlıqlarından düzgün və səliqəli istifadə edilməsi, onların qorunub saxlanılması;  Təmizlik ləvazimatları və iş sahələrində aşkar olunan çatışmazlıqlar barədə koordinatora məlumat verilməsi;  Koordinator tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;  Müəyyən edilmiş təmizlik standartlarına və daxili qaydalara uyğun işin icrası. Vəzifə üzrə əsas tələblər: Bu sahə üzrə təcrübə mütləq deyil (iş prosesləri yerində öyrədilir); Məsuliyyətli, diqqətli və səliqəli olmaq  Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit; çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq; Sanitar-gigiyenik normalara riayət etmək; Mehmanxana və ya oxşar sahədə təmizlik üzrə təcrübəyə malik olmaq üstünlükdür. İş şərtləri: Əmək haqqı: 670 AZN; Yalnız bəylər müraciət etsin. İş qrafiki: həftənin 6 günü, dəyişkən növbəli iş rejimi   (səhər növbəsi: 07:00 – 15:00, günorta növbəsi: 14:00 – 22:00) Yemək və iş geyimi (uniforma) ilə təmin olunma  Peşəkar və mehriban komanda ilə çalışmaq imkanı; Rəsmi əmək müqaviləsi  İş yeri: Bakı şəhəri, Nizami küçəsi 90A, Landmark III CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur; Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!