Yüklənir...
Местоположение: Bakı
İş yeri: Bakı Vəzifə öhdəlikləri: Filiallarda və baş ofisdə daxili audit yoxlamalarının aparılmasında iştirak etmək; Kredit əməliyyatlarının, sənədlərin və daxili prosedurların auditini həyata keçirmək; Aşkar edilmiş uyğunsuzluqlar üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Daxili nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; Audit planına uyğun ezamiyyətlərdə iştirak etmək; Qanunvericiliyin və şirkətdaxili qaydaların icrasına nəzarət etmək. Namizədə tələblər: Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil; Audit, daxili nəzarət, maliyyə və ya bank sektorunda minimum 1 il iş təcrübəsi ; MS Office proqramlarından, xüsusilə Excel-dən yaxşı istifadə bacarığı; Analitik düşünmə, diqqətlilik və yüksək məsuliyyət hissi; Ezamiyyətlərə hazır olmaq; Komandada işləmək və effektiv ünsiyyət bacarığı. Şirkət təklif edir: 800–1000 AZN başlanğıc əməkhaqqı (namizədin bilik və təcrübəsinə uyğun müəyyən edilir); Korporativ və dinamik iş mühiti. Maraqlanan namizədlər CV-lərini "Audit üzrə mütəxəssis" başlığı ilə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq