Местоположение: Bakı
“ATL Tech” olaraq İnsan Resursları fəaliyyətinin səmərəli təşkili məqsədi ilə “ İnsan Resursları üzrə mütəxəssis” vəzifəsi üzrə namizəd axtarışındayıq. Vəzifə öhdəlikləri: İR ilə əlaqədar müvafiq sənədləşmə, kargüzarlıq proseslərinin həyata keçirilməsini təmin etmək; Vəzifə öhdəliklərini təhlil etmək və müvafiq vakansiya elanlarının hazırlanması prosesində iştirak etmək; CV-lərin ilkin seçim və qiymətləndirilməsini həyata keçirmək, uyğun namizədləri müəyyənləşdirmək; Namizədlərlə müsahibələrin təşkilini və namizəd seçimi prosesini həyata keçirmək; Yeni əməkdaşların işə qəbul və şirkətə adaptasiya prosesinin təşkilində iştirak etmək; İşçilərin şəxsi işlərinin, əmək müqavilələrinin və digər kadr sənədlərinin hazırlanmasını təmin etmək; İşə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət, xitam və digər kadr prosesləri üzrə müvafiq sənədləşmələri həyata keçirmək; ƏMAS portalında əmək münasibətləri ilə bağlı müvafiq əməliyyatları həyata keçirmək; İR məlumat bazasının mütəmadi olaraq yenilənməsini və düzgün idarə olunmasını təmin etmək; İşçilərin davamiyyət və məzuniyyət məlumatlarının uçotunu aparmaq; Müvafiq İR hesabatlarının hazırlanmasında iştirak etmək; Şirkətdaxili tədbirlərin və digər İR layihələrinin təşkilində iştirak etmək; İR proseslərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması istiqamətində proseslərdə rol almaq; Tələblər: Ali təhsil; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (İngilis dili biliyi arzu olunandır); Microsoft Office proqramlarından sərbəst istifadə istifadə bacarığı; Analitik düşünmək qabiliyyəti; Aktiv və təşəbbüskar yanaşma; Dəqiqlik və detallara diqqətli yanaşma; Müraciətlərinizi mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.