Mütəxəssis (Təftiş üzrə) - ATS Food

Местоположение: Bakı

İş yeri: Şəmkir şəhəri Vəzifə öhdəliyi: Təşkilat üzrə satış həyata keçirilən nöqtələrdə müştərilərin borc qalıqlarını yoxlamaq və daim izləmək; Müştərilərin satış dövriyyəsini analiz etmək, riskli müştəriləri müəyyənləşdirmək və zəruri hallarda yerində yoxlamalar aparmaq; Müştərilərlə üzləşmələr həyata keçirmək, kənarlaşmaları müəyyənləşdirmək və sənədləşdirmək; Aşkar edilmiş kənarlaşmalar barədə məlumat təqdim etmək, səbəblərini araşdırmaq və gələcəkdə təkrarlanmaması üçün tövsiyələr vermək; Fərqlərlə bağlı cavabdeh şəxslərdən izahat almaq; Periodik və qəfil anbar sayımlarını həyata keçirmək; ERP sistemindəki anbar qalıqlarını əldə etmək və faktiki qalıqlarla üzləşdirmək; Anbar sayımlarını etmək və aşkar edilmiş kənarlaşmaları müəyyənləşdirmək, sənədləşdirmək və səbəblərini araşdırmaq; Utilizasiya prosesinə nəzarət etmək, utilizasiya anbarında olan qalıqları faktiki sayımlarla və ERP məlumatları ilə üzləşdirmək; Utilizasiya edilmiş məhsulların faktiki sayı barədə məlumat təqdim etmək və aşkar edilmiş fərqlərin səbəblərini araşdırmaq; Periodik və qəfil kassa sayımlarını həyata keçirmək, ERP sistemindəki kassa qalıqları ilə faktiki qalığı üzləşdirmək; Təşkilata məxsus avtonəqliyyat vasitələrinin vəziyyətini və istifadəsini yoxlamaq, müəyyən edilmiş uyğunsuzluqları sənədləşdirmək; Şirkətin əsas vəsaitlərinin periodik və qəfil sayımlarını həyata keçirmək; Əsas vəsaitlərinin sayımını həyata keçirmək, faktiki mövcudluğunu uçot məlumatları ilə üzləşdirmək və kənarlaşmaları müəyyənləşdirmək; Aparılmış yoxlama və sayımların nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Aşkar edilmiş uyğunsuzluqların gələcəkdə təkrarlanmaması üçün müvafiq təklif və tövsiyələr hazırlamaq. Namizədə tələblər: Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat, Maliyyə və mühasibatlıq və ya əlaqəli istiqamətlər);  Sahə üzrə minimum 1 il iş təcrübəsi;  MS Office proqramlarında (Exel, Word, Power Point, Outlook) işləmək bacarığı; Azərbaycan dili (əla); Sürücülük vəsiqəsi. Şəxsi nəqliyyat vasitəsinin olması mütləqdir! İş Qrafiki: 5 günlük qrafik İş saatları: 09:00-18:00 Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir Üstünlüklərimiz:  Nahar Servis Könüllü tibbi sığorta Tələblərə cavab verən namizədlər öz CV-lərini “Mütəxəssis (Təftiş üzrə)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan   elektron poçt ünvanına göndərə bilərlər.