Sosial Media və Marketinq Mütəxəssisi - Azera Holding

Местоположение: Bakı

AZERA Holding  daxilində fəaliyyət göstərən  Baku Medical Plaza Babək filialı  komandamıza yaradıcı, dinamik və nəticəyönümlü  Sosial Media və Marketinq Mütəxəssisi  axtarır. Əsas vəzifələr: Sosial media hesablarının gündəlik idarə olunması; Sosial media üçün aylıq və həftəlik kontent planlarının hazırlanması; Kreativ foto, video, Reels və digər vizual kontentlərin hazırlanmasının təşkili; Paylaşımlar üçün kreativ mətnlərin hazırlanması və redaktəsi; Instagram, Facebook, TikTok və digər platformalarda aktivliyin artırılması; Sosial media trendlərinin mütəmadi izlənilməsi və tətbiqi; Reklam kampaniyalarının hazırlanması və idarə olunmasında iştirak; Reklam nəticələrinin və auditoriya göstəricilərinin təhlili; Rəqiblərin sosial media və marketinq fəaliyyətinin monitorinqi; Filialın xidmətlərinin sosial media üzərindən effektiv tanıdılması; Kampaniya, aksiya və xüsusi günlər üçün kreativ ideyaların hazırlanması; Marketinq fəaliyyətləri üzrə hesabatların hazırlanması; Şirkətin korporativ üslubuna və kommunikasiya standartlarına uyğun kontentin hazırlanması. Namizədə dair tələblər: Sosial media və marketinq sahəsində minimum 1 il iş təcrübəsi; SMM və rəqəmsal marketinq üzrə praktiki biliklər; Sosial media platformalarının iş prinsiplərini yaxşı bilməsi; Meta Business Suite və reklam alətləri ilə işləmə bacarığı üstünlükdür; Canva, CapCut və digər dizayn/video proqramları ilə işləmə bacarığı; Kreativ düşüncə və yeni ideyalar yaratmaq qabiliyyəti; Güclü kommunikasiya və yazılı nitq bacarığı; Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti; Rus dilini orta səviyyədə bilmək; İngilis dili arzuolunandır; Microsoft Office proqramları üzrə yaxşı istifadə bacarığı; Analitik düşüncə və nəticələri təhlil etmək bacarığı; Operativlik, məsuliyyətlilik və detallara diqqət; Komandada işləmək və bir neçə tapşırığı paralel idarə etmək bacarığı. İş yeri: Baku Medical Plaza Babək filialı Əməkhaqqı: 1000 AZN Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Yaradıcı ideyalarınızı real nəticələrə çevirmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!