Yüklənir...
Местоположение: Bakı
Təsvir Layihə-smeta sənədlərini texniki və smeta baxımından yoxlamaq; Layihələr üzrə nəzərdə tutulan iş həcmlərinin düzgünlüyünü yoxlamaq və müvafiq hesablamaları aparmaq; Smeta hesablamalarının, material və əmək xərclərinin düzgünlüyünü təhlil etmək; Layihə-smeta sənədlərinin qüvvədə olan norma, standart və texniki tələblərə uyğunluğunu yoxlamaq; Təqdim olunan layihə-smeta sənədlərində mövcud uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün zəruri düzəlişlərin aparılmasını təmin etmək; Cari təmir və layihə işləri üzrə iş həcmlərinin hesablanmasında iştirak etmək; Layihə-smeta sənədləri üzrə müvafiq rəyləri, hesabatları və digər zəruri sənədləri hazırlamaq; Layihələndirmə, smeta və icra prosesləri ilə bağlı aidiyyəti struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək; Yerinə yetirilmiş işlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə müvafiq hesabat və məlumatlar təqdim etmək; Vəzifə öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər Ali təhsil; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır; Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint; Layihə-smeta sahəsi üzrə müvafiq sertifikatların olması üstünlükdür; Yazılı və şifahi ünsiyyət bacarıqları; Problemlərin həlli bacarığı; Təqdimat bacarıqları; Öyrənmə qabiliyyəti; Dəyişikliklərə uyğunlaşma bacarığı; Komandada işləmək bacarığı. İş qrafiki: 5 günlük İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.