Satınalma üzrə kiçik mütəxəssis - Azeri Mining Group

Местоположение: Bakı

Azeri Mining Group MMC Satınalma və Təchizat şöbəsi üzrə Satınalma üzrə kiçik mütəxəssis vəzifəsinə əməkdaş axtarır. Vəzifə öhdəlikləri Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə edilməsi; Mal və xidmətlərin satınalma prosesinin təşkili və koordinasiyası; Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması; Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması; Müqavilələrin, hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması və idarə edilməsi; Nəqliyyat və logistika xərclərinin optimallaşdırılması; Satınalma və logistika prosesləri üzrə müvafiq hesabatların hazırlanması; Satınalma və logistika əməliyyatları üzrə məlumatların ERP sistemində qeydiyyata alınması. Namizədə dair tələblər İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi arzuolunandır; Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı; Müqavilə və satınalma sənədləri ilə işləmək bacarığı; İngilis dili biliyi – yaxşı səviyyədə; Analitik düşünmə, detallara diqqət və ünsiyyət bacarıqları. İş şəraiti İş yeri: Xırdalan; İş qrafiki: 5 günlük, 09:00–18:00; Əmək haqqı: 500–600 AZN; Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.