Yüklənir...
Местоположение: Bakı
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər. Vəzifə öhdəlikləri: Kredit portfelinin idarə olunması; Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması; Şöbənin əməkdaşlarının işinə nəzarət edilməsi; Rəhbərlik tərəfindən qoyulmuş yığım hədəflərinin yerinə yetrilməsinə nəzarət edilməsi; Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icra edilməsi; Şöbədaxili əməkdaşların seçilməsi, işə qəbulu, yerləşdirilməsi və işdən azad olunması; Öz fəaliyyəti ilə bağlı rəhbərliyə gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabat verilməsi. Vakant vəzifə üzrə tələblər: Ali təhsil ; Bank və ya BOKT sektorunda idarəetmə üzrə azı 2 (iki) il, rəhbər vəzifədə azı 3 (üç) il iş təcrübəsi; Call center sahəsində iş təcrübəsi; Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı ; Analitik düşüncə qabiliyyəti ; İdarəetmə və liderlik qabiliyyəti ; Ünsiyyət və komanda ilə işləmək bacarığı ; Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq ; Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır. İş şəraiti: İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); İstirahət günü: şənbə və bazar. Nahar fasiləsi: 13:00 – 14:00; Sizə nə təklif edirik? Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə; Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı; Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı ; Korporativ nömrəylə təmin edilmə; Karyera və inkişaf perspektivləri. Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır. Ünvan : Gəncə, Nizami ray. Əttarlar küç, 137