Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək; İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılmasını təşkil etmək və nəzarətdə saxlamaq; Tikinti sahələrində risklərin qiymətləndirilməsi və təhlükələrin aradan qaldırılması üzrə tədbirlər görmək; İstehsalat qəzaları və hadisələrinin araşdırılmasında iştirak etmək, hesabatlar hazırlamaq; Subpodratçıların əməyin mühafizəsi tələblərinə əməl etməsinə nəzarət etmək; Yanğın təhlükəsizliyi, ekologiya və tullantıların idarə olunması üzrə tədbirləri təşkil etmək; Fərdi mühafizə vasitələrinin, təhlükəsizlik nişanlarının və aidiyyəti sənədlərin təminatına nəzarət etmək. Namizədə tələblər: Şəxsi nəqliyyat vasitəsinin olması; Mühəndislik ixtisası üzrə ali təhsil; Fövqəladə Hallar və həyat fəaliyyatinin təhlükəsizliyi mühəndisliyi ixtisasi üzrə Ali təhsil üstünlükdür; Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə iş təcrübəsi; Əmək qanunvericiliyi və HSE standartları üzrə biliklər; Müvafiq sertifikatların olması üstünlükdür; Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı. İş şəraiti: İş yeri: Bakı. Nizami r., Mehdi Abbasov küç., İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 1200 AZN Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.