Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Elektrik təchizatı sistemlərinin layihələndirilməsi, təkxətt sxemlərinin, plan və kabel marşrutlarının hazırlanması; Elektrik yükləri və digər texniki hesablamaların aparılması; Elektrik avadanlıqları, kabellər, qoruyucu qurğular və digər materialların seçilməsi; Material və işçilik siyahılarının hazırlanması və sifariş prosesinin koordinasiyası; Layihə və texniki sənədlərin hazırlanması və sənədləşmə prosesinin idarə olunması; Tikinti və montaj işlərinə texniki nəzarətin həyata keçirilməsi və işlərin təhvil alınması; Podratçı və tikinti şirkətləri ilə texniki məsələlərin koordinasiyası; Mövcud elektrik sistemlərinə texniki baxışların keçirilməsi və texniki problemlərin həlli; Layihələrin icrası zamanı texniki uyğunluğun və təhlükəsizlik tələblərinin təmin edilməsi; Tələblər: Müvafiq sahədə 2–3 il iş təcrübəsi; Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli ixtisas üzrə ali təhsil; Elektrik sistemlərinin layihələndirilməsi və texniki hesablamalar üzrə bilik; AutoCAD və ya oxşar proqramlarda işləmək bacarığı; Adobe Photoshop üzrə praktiki bilik və bacarıqlar əlavə üstünlükdür; Elektrik sxemlərini və texniki çertyojları oxumaq bacarığı; Layihə və texniki sənədlərlə işləmək bacarığı; Elektrik avadanlıqları və montaj prosesləri haqqında praktiki bilik; Normativ-texniki tələblər barədə ümumi anlayış; Şəxsi keyfiyyətlər: Analitik və sistemli düşüncə; Yüksək diqqət və dəqiqlik; Texniki problemləri operativ təhlil etmək və effektiv həll etmək bacarığı; Yüksək məsuliyyət və iş intizamı; Çevik və nəticəyönümlü yanaşma; Təhlükəsizlik və keyfiyyət standartlarına riayət; Şirkətin təklifləri: Könüllü tibbi sığorta (sınaq müddətindən sonra); Peşəkar və dinamik iş mühiti; Stabil əmək haqqı və performansa əsaslanan inkişaf imkanları; Şirkətdaxili təlimlər və peşəkar inkişaf dəstəyi; Enerji və elektromobil sahəsində praktiki biliklər əldə etmək imkanı. Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “ Elektrik mühəndisi ” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkilli CV- ləri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.